|
Mədəniyyət / 20.11.2008 14:31 Eurovision müsabiqəsində göbək oynadan Siruşo Robert Koçaryanın oğlu ilə nişanlanıb
Onların nişan mərasimi noyabrın 15-də olub
Ermənistanı Avrovziya-2008-də təmsil edən Siruşo noyabrın 15-də Ermənistanın eks-prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryanla nişanlanıb. Bu barədə Ermənistanın “Aykakan jamanak” qəzeti məlumat yayıb. Qeyd edək ki,Robert Koçaryanın böyük oğlu, Sedrak Ermənistan parlamentinin deputatı Volodi Badalyanın qızı ilə evlidir. Eks-prezidentin qızı Qayane isə “Bars” daşınmaz əmlak agentliyinin rəhbəri ilə ailə qurub. Robert Koçaryanın iki nəvəsi də var. Xatırladaq ki, Siruşo Avrovziya mahnı müsabiqəsində dördüncü yerə çıxmışdı. Siruşonun əsl adı Surui Arutyunyandır. O, 1987-ci ildə İrəvanda anadan olub. /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|