|
Elm / 20.11.2008 12:23 “ANS-PRESS” Nəşriyyat Evi uşaqlar üçün yeni nağıl və maarifləndirici kitablar nəşr edib
Cəlbedici və rəngarəng rəsmlərlə tərtib edilmiş kitablar 0-11 yaş arasındakı uşaqlar üçün nəzərdə tutulub
Öz fəaliyyətində uşaqların təhsilinə və tərbiyəsinə mühüm yer ayıran "ANS-PRESS" Nəşriyyat Evi bu dəfə “Nağıllar” silsilə kitablarından yeni 7 nağıl kitabı nəşr edib. “ANS-PRESS” Nəşriyyat Evinin prezidenti Sevda Həsənovanın ANS PRESS-ə verdiyi məlumata görə, nağılların asanlıqla qavranılması üçün kitablar cəlbedici və rəngarəng rəsmlərlə tərtib edilib. Nağıl kitablarından əlavə, uşaqların maariflənməsi üçün “Sehrli əkskliklər”, “Sehrli fiqurlar”, “1,2,3 qutusu”, “Sehrli rənglər” adlı kitblar da nəşr edilib. Sevda Həsənovanın sözlərinə görə, bu kitablar uşaqların riyazi qabiliyyətini artırmaq və onlarda məntiqi təfəkkürü formalaşdırmaq baxımından çox əhəmiyyətlidir. “Üskük oğlan”, “Qırmızı papaq”, “Ələddinin sehrli çırağı”, “Çəkməli pişik”, “Şəngülüm, məngülüm, şüngülüm”, “Ağca qız və yeddi cırtdan” , “Hensel və Gertelin şokoladlı evi” nağıl kitabları ilə maraqlanan valideynlər şəhərdəki kitab dükanlarına müraciət edə bilərlər. Qeyd edək ki, nağıl kitablarının qiyməti 5 manat, maarifləndirici kitabların qiyməti isə 3 manatdır.
Aytən Həmidova /ANS PRESS/
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|