|
Xüsusi Reportaj / 17.11.2008 13:47 Pulların həyatı –ötən həftənin icmalı (10-16 noyabr)
Ötən həftənin iqtisadi icmalı
Noyabrın ikinci həftəsi Azərbaycanın energetika sahəsində qeyd-şərtsiz aparıcı dövlət olduğunu bir daha təsdiqlədi. Bu, çox böyük əhəmiyyət kəsb edir. Noyabrın 14-də Bakıda IV Enerji Sammiti keçirildi. Toplantının əsas müzakirə mövzusu - enerji resurslarının Xəzər hövzəsi regionundan Qara dəniz, Baltika və Mərkəzi Avropaya daşınması məqsədini daşıyan Odessa-Brodı layihəsinin gerçəkləşdirilməsi oldu. Zirvə toplantısı beynəlxalq enerji təhlükəsizliyi sahəsində ən aktual məsələlərin qabardılması ilə də yadda qaldı. Eyni vaxtda bir neçə ölkənin prezidentini (Türkiyə, Litva, Ukrayna, Gürcüstan, Polşa) bir yerə toplayan tədbir beynəlxalq ictimaiyyətin qanunlarına görə birmənalı sayıla bilməz. Sammiti giriş sözü ilə Azərbaycan Prezidenti İlham Əliyev açdı. Dünyada hökm sürən beynəlxalq maliyyə böhranı da bu toplantının əhəmiyyətinə təsir etdi. Belə ki, dünyanın neft ixrac edən ən iri ölkələrinin daxil olduğu təşkilat (OPEK) dünya bazarında qara qızılın qiymətinin bir barrelə görə 70-90 dollar arasında sabitləşməsinə ümidvardır. Bu, Azərbaycan üçün bir nömrəli məsələdir. OPEK, neft bazarında qara qızıla olan tələbat və təklif arasında disbalansın uzun müddət hökm sürəcəyi təqdirdə, bu növ yanacağın bir barrelinin 20-30 dollaradək düşəcəyini istisna etmir. Neftin belə yüksək sürətlə ucuzlaşmasının əsas səbəbi enerji resurslarından istifadəni nəzərəçarpacaq dərəcədə azaldan dünya iqtisadi böhranı ilə bağlıdır. Məhz ötən həftə (noyabrın 13-də) neftin qiyməti son üç ilyarımda ən aşağı həddə çatdı - bir barrelə görə 47,73 dollar.
İndi isə dünyanın maliyyə tendensiyasına nəzər yetirək. Orada işlər pisdir. Çox pisdir... Özündə dünyanın 30 ən inkişaf etmiş ölkəsini cəmləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) iqtisadi icmalında vurğulanır ki, dünyanın ən inkişaf etmiş iqtisadiyyatında resessiya başlanıb. Avrozona yarandığı gündən indiyədək ilk dəfədir ki, resessiya ilə üzləşiğ. İndi hamı üçün vahid ssenari mövcuddur - ümumdünya resessiyası. Məlum olduğu kimi, resessiyanın texniki nəzəriyyəsi ümumdaxili məhsulun iki kvartal dalbadal azaldılmasına söykənir. Ötən həftə rəsmən elan edildi ki, Avropa Birliyinin iqtisadi nəhəngləri - Almaniya və İtaliya resessiyaya uğrayıb. İndi nə olacaq? Cavabı ötən həftə, daha dəqiq desək, noyabrın 14 və 15-də Vaşinqtonda axtarıblar. Orada dünya üzrə ümumdaxili məhsulun 85% payına düşən dövlətlərin rəhbərləri (G20) antiböhran zirvə toplantısını keçirib. Pullarla dünya səviyyəsində necə davranmağın yolları axtarıldı, amma tapılmadı. Ona görə də dövlət rəhbərləri bu istiqamətdə əlaqəli olmaq və əməkdaşlıq etmək qərarına gəldilər. Qısa arayış: G20 sammitinin keçirilməsinə dair hələ təşəbbüs irəli sürüləndə ehtimal olunurdu ki, bu toplantının yekunlarına görə 1944-cü ildə Bretton-Vuds razılaşması əsasında hökm sürən dünya maliyyə sistemi islahatlara məruz qalacaq. Nəticədə isə ikigünlük danışıqlar G20-nin birgə bəyannaməsilə nəticələndi. Çoxdan gözlənilən bu sənəd «beş barmaq» kimi bəsitdir, ən sadə səbəbə görə - orada cdünya maliyyə sisteminin yenidən qurulmasına dair beş prinsip əks olunur.
1.Şəffaflığın və hesabatların daha da təkmilləşdirilməsi 2.İnamlı idarəetmənin təşkili 3.Maliyyə bazarlarının bütövlüyünün təmin edilməsi 4.Beynəlxalq əməkdaşlığın gücləndirilməsi 5.Beynəlxalq maliyyə institutlarının yenidən qurulması.
Dünya maliyyə fondlarının həcmini artırmaq da nəzərdə tutulur. İnkişaf edən ölkələr isə bu zaman bu fondlarda daha çox nümayəndə yerinə və səs hüququna malik olmalıdır.
Yaxşı, bəs, Azərbaycanın öz həyatında hansı vacib hadisələr baş verdi? Burada, sözsüz ki, birinci yerdə Milli Bank və Maliyyə nazirliyinin birgə işləyib-hazırladığı «Bankların, sığorta və təkrarsığorta şirkətlərinə mənfəət vergisinə güzəşt edilməsi barədə qanun» birinci yerdə dayanır. Elə ötən həftə bu qanunu Prezident İlham Əliyev təsdiq elədi. Sözün düzü, bu qanun - günəşli respublikamızın dünyanın maliyyə bazarlarının uçurumuna bir növ cavabı idi. Bizim maliyyə institutlarımız təcili surətdə kapitallaşmanı artırmalıdır. Əks halda, bu səbəbdən «maliyyə potensiyaları»nın mizer dərəcəsində olduğu bir vaxtda xilas olmaq çətindir. Xarici bazarlara isə heç buraxmazlar, ya da ki, ümumiyyətlə görməzlər... Elə hamısı eyni şeydir. Hələ deyirlər ki, Azərbaycan Milli Bankının rəsmi valyuta ehtiyatları 2008-ci il oktyabrın 1-dən noyabrın 11-dək 139,9 mln dollar azalıb. İndi bu rəqəm 5298,7 mln dollar təşkil edir. Lakin 2008-ci ilin əvvəlindən bu rəqəm 32% (yəni 1283,4 mln dollar) çoxalıb. Məlumdur ki, ehtiyatların əksər hissəsi ABŞ dollarında saxlanılır. Dollar isə elə bu ilin əvvəlindən etibarən Azərbaycan manatı ilə müqayisədə 4,35% ucuzlaşıb. İndi 1 dollara 0,8085 AZN verilir. Həmçinin məlum olub ki, Milli Bank öz valyuta ehtiyatlarını daha intensiv xərcləməyə başlayıb. Yəqin ki, bütün dünyada dolların bahalaşması fonunda milli manatın kursunu qoruyub saxlamaq üçün.
Ümumiyyətlə, başı iqtisadiyyatdan çıxmayanlar üçün pul saymaq ən xoş vərdişlərdən biridir. Özü də fərqi yoxdur - bu, öz pulundur, yoxsa başqasının. Bax, burada maraqlı fenomen doğur. Özgənin cibindəki pulları saymaq yaxşı deyil. Amma... lazımdır. Həyat belədir. «Bunun qiyməti neçəyədir»? Bütün zamanlarda ən aktual sualdır. Bax, iqtisadiyyatı sivil yolla qeyd etmək əslində elə fond bazarı deməkdir. Günəşli respublikamızın sıravi vətəndaşı soruşa bilər ki, bəs, bu hansı belə «iqtisadiyyat»dan söhbət gedir? Cavab verirəm - real, əsil iqtisadiyyatdan. O iqtisadiyyatdan ki, onun köməyilə buğda yetişdirib çörək bişirirlər, polad töküb tikinti materialları hazırlayırlar...qoyun yetişdirirlər (bəyəm, indi kabab xoşlamırıq ki?!). Bax, bu «real» iqtisadiyyat real qiymətə malik olmalıdır. Bu fakt da fond bazarı adlandır. Ona qiymətli kağızlar bazarı da deyilir. Günəşli respublikanın fond bazarı təəccübləndirir. 2008-ci ilin yanvar-oktyabr aylarında qiymətli kağızlar bazarında ən böyük ucuzlaşma tempi nəzərə çarpıb və bu da öz növbəsində qiymətli kağızların girova qoyulmasının qeydiyyat seqmentini nümayiş etdirib. «Likvidlik» fənninə ekskursiyaya varmayaq. Sadə dillə deyək - girovsuz hara? Prezident yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi qeyd edib ki, bu ilin yanvar-oktyabr aylarında girovların qeydiyyatı 4,6 dəfə düşüb. Hələ bu, harasıdır? 2008-ci il noyabrın 1-ə (ötən ilin eyni dövrü ilə müqayisədə) korporativ səhmlərin qeydiyyat emissiyasının həcmi 23% azalıb (-14,6 mln manat). Fond bazarının dərdi yalnız mütəxəssislər tərəfindən adekvat qəbul edilir, amma bundan da savaya maliyyə dərdləri mövcuddur. Dövlət Statistika komitəsi ötən həftə bəyan edib ki, 2008-ci ilin oktyabr ayında tələbat mallarının qiyməti 100,8% çatıb. Bu ilin əvvəlindən inflyasiya 15,6% olub, illik (2007-ci il oktyabrın 1-dən 2008-ci il oktyabrın 1-dək isə) inflyasiya isə 22,3% təşkil edib. Yanvar-oktyabr aylarında orta illik inflyasiya (ötən ilin eyni göstəricisilə müqayisədə) 21,6% olub (ərzaq 30% bahalaşıb). Bu, son 13 il ərzinə ən yüksək göstəricidir. Cari ilin sonunadək Azərbaycanda inflyasiya 22%-də qalacaq və bu rəqəmdən çox olmayacaq. Statistika Komitəsinin rəhbəri Arif Vəliyev məhz belə deyib. Sən demə dünya bazarlarında ərzaq mallarının qiymətindəki dəyişikliklər Azərbaycan bazarına da təsirsiz ötüşməyəcək: «...çünki ölkəyə ərzaq mallarının əksəriyyəti xaricdən gətirilir, Azərbaycan isə özünü 45% ərzaqla təmin edir». Maraqlısı odur ki, inflyasiyanın vurub kəllə-çarxa çıxdığı bir vaxtda, Statistika komitəsinin sədri xəyallara dalıb hesab edir ki, yoxsulluq azalacaq. Amma başqa rəqəmlər də mövcuddur. Əlbəttə ki, başqa təşkilatlardan götürülmüş. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «İnflyasiyanın alternativ hesablanması» proqramı çərçivəsində açıqlama verib ki, bu ilin ilk 10 ayı ərzində Azərbaycanda inflyasiya 18,85% olub, illik (2007-ci il oktyabrın 1-dən 2008-ci il oktyabrın 1-dək isə) inflyasiya 27,02% təşkil edib. İTM-in hesablamalarına əsasən, 2008-ci ilin oktyabr ayında minimum istehlak səbəti iş qabiliyyətli şəxslər üçün 109,84 manat, uşaqlar üçün (15 yaşadək) - 110,22 manat, pensiyaçılar üçün 81,61 manat olub.
Bütün bunları nəzərə alaraq qısaca nəticə çıxaraq - inflyasiya həm respublikanın «real» iqtisadiyyatından, həm də bizim ciblərimizdən oğurlayır. Son 4 il ərzində Azərbaycan inflyasiyasının «birmənalı rəqəm»ədək azaldılmasını həm İqtisadi İnkişaf nazirliyi, həm də milli iqtisadiyyatın bütün maliyyə komandirləri məqsəd kimi öz qarşılarına qoyub. Məncə, günəşli respublikamızın riyaziyyatçılarına tapşırıq vermək lazımdır: 20-dən yuxarı tək rəqəm yazsınlar. Hələlik. 20-dən yuxarı...
Fərhad Ömərov, iqtisadçı-ekspert, xüsusi olaraq ANS PRESS üçün.
© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|