BU GÜN04.07.2009
HAVA
BAZAR
NAMAZZöhr
13:48
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN



Xüsusi Reportaj / 14.11.2008 18:48
Diabet xəstəliyinə yox deyək!
Səhiyyə Nazirliyinin baş endokrinoloqu Rafiq Məmmədhəsənov: "Azərbaycanda bu xəstələrin sayı bəlkə də 150 -200 minə yaxındır"

Bir il bundan qabaq 24 yaşlı Araz İsmayılovla Lalə evlənəndə ailəsi Arazdan üz döndərmişdi. Səbəb isə Lalənin şəkərli diabet kimi (el arasında şəkər xəstəliyi) ömürlük xəstəliyə düçar olması idi. Ailəsi artıq nəsillərinin gələcəyinin olmayacağını düşünmüşdü. Ya onların uşaqları olmamalı, ya da doğulacaq uşaqları anadan gəlmə şəkərli diabet xəstəsi olmalı idi. Amma bütün maneələrə baxmayaraq onları ayırmaq mümkün olmadı. Bir neçə gün əvvəl isə onların tam sağlam Dəniz adında qızları olub. Onlar Azərbaycan Dibaet Cəmiyyətinin prezidenti Möminat Ömərovanın köməkliyi və Novonordisk şirkətinin maliyyə yardımı əsasında pompa aparatı (süni olaraq mədəaltı vəzi əvəz edir) ilə təmin olunmuşdular. Əslində bu aparatın qiyməti təxminən 4 min manat, aylıq xərci isə 150-160 manatdır. Bu gün bu ömürlük xəstəliyə düçar olanların hamısının belə imkanı yoxdur və ya onların hamısına yardım etmək mümkün deyil.
Diabet-xroniki, potensial zəifləmə və tez bir zamanda ölümlə nəticələnən xəstəlikdir. Bu xəstəlik orqanizmdə insulin istehsalı və təchizatı ilə əlaqədar yaranan problemlər nəticəsində meydana çıxır. Bu xəstəliyin yaranma səbəbi 2 cür olur: 1) Ya orqanizm kifayət etməyən qədər insulin istehsal edir və ya heç etmir; 2) Ya da effektiv formada istehsal olunan insulini orqanizm istifadə edə bilmir.
Bu gün diabet uşaqlar arasında ən geniş yayılmış xroniki xəstəliklərdən biridir. Bu xəstəliyə istənilən yaş qrupuna aid uşaqlar, məktəb yaşına çatmamış və yenicə yeriməyə başlayan körpələr də daxil olmaqla yoluxa bilər. Birinci tip diabet xəstəliyi mədəaltı vəzin lazımı qədər insulin "hazırlaya" bilmədiyi vaxt yaranır. Birinci tip diabet bədənə insulin vurulmaqla müalicə olunur. İkinci tip şəkərli diabet isə yaşlı və kök adamların xəstəliyi "sayılır". Bu xəstəlik insulinin bədəndə lazımi qədər olduğu, amma hüceyrə reseptorlarına daxil ola bilmədiyi vaxtda yaranır. İkinci tip diabet xəstəliyi bədəndə şəkəri azaldan həblərlə müalicə olunur. Birinci növ diabet uşaqlar və yeniyetmələr arasında ildə 3% və məktəb yaşına çatmamış uşaqlar arasında isə təhlükəli şəkildə ildə 5% artmaqdadır. Hesab edilir ki, hər il 15 yaşına çatmamış 70, 000 uşaqda birinci növ diabet xəstəliyi yayılır (təxminən gündə 200 uşaq). İkinci növ diabet isə əvvəllər yetkinlik yaşına çatmış insanlar arasında müşahidə edilirdi. Hazırda diabetin bu növü uşaqlar və yeniyetmələr arasında təhlükəli dərəcədə artmaqdadır.
Bu gün Ümumdünya Diabet Gününə həsr edilmiş konfransda çıxış edən BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Bruno Puezanın sözlərinə görə, dünyada 240 milyon insan bu xəstəlikdən əziyyət çəkir. 2025-ci ilə qədər isə bu rəqəmin 380 milyona çatacağı gözlənilir. Hər il vəfat edən insanların 5%-i məhz diabet nəticəsində öz dünyasını dəyişir və təcili tədbirlər görülmədiyi halda bu rəqəmin növbəti 10 ildə 50%-ə qədər artacağı ehtimal olunur.
Səhiyyə Nazirliyininin baş endokrinoloqu, millət vəkili Rafiq Məmmədhəsənovun sözlərinə görə, Azərbaycanda əslində şəkərli diabet xəstələrinin sayı rəsmi statistikadan qat-qat çoxdur. Belə ki, ölkədə şəkərli diabet xəstələri bunu çox vaxt gizlədirlər. Azərbaycanda qlükometrlər paylanmamışdan əvvəl ölkədə diabet xəstələrinin rəsmi sayı 60 min idi. Hazırda onların sayı 100 mini keçib. R. Məmmədhəsənovun sözlərinə görə, bu xəstələrin sayı bəlkə də 150 -200 minə yaxındır. “Biz 2025-ci ilə qədər diabet xəstələrinin sayının 330 milyona çatacağını düşünürdük. Amma BMT-nin təqdim etdiyi yeni rəqəmlər bizi də təəccübləndirdi”.
Diabet Gününə həsr edilmiş konfransda çıxış edən səhiyyə nazirinin müavini Sənan Kərimovun sözlərinə görə isə, diabet bəşəri bir problemdir. Hazırda Azərbaycanda olan diabet xəstələrinə dövlət tərəfindən pulsuz olaraq dərmanlar və özünü yoxlama preparatları verilir. Qeydiyyatda olan xəstələrə 60 minə yaxın qlükometrlər paylanıb. Ancaq bu miqdar kifayət etmədiyindən, gələn il yenidən qlükometrlər paylanacaq. Hazırda ölkənin bütün rayonlarında poliklinikalarda diabet xəstələri üçün məktəblər açılıb. Bu məktəblərdə xəstələrin özlərinə necə nəzarət etmələri, qidalanmaları və pəhrizləri ilə bağlı məlumat verilir, təlimlər keçirilir. Rafiq Məmmədhəsənov isə bu məktəblər üçün dərs vəsaiti hazırlayıb.
Heydər Əliyev Fondunun səhiyyə üzrə proqramlarının koordinatoru Xəyalə Mikayılova isə bildirib ki, bu gündən başlayaraq fond Bakı şəhərində qeydiyyatda olan 200-dən artıq şəkərli diabet xəstəsini insulin aparatı ilə təmin edəcək.
Rafiq Məmmədhəsənovun sözlərinə görə isə, diabet xəstəliyi elə bir xəstəlikdir ki, o, insan bədənində özünə yer edəndən sonra meydana çıxır. Bəzən də uşaqlara səhv diaqnoz, məsələn qrip və s. qoyulur. Buna görə də hamı diabetin xəbərdaredici əlamətlərini bilməlidir: Tezləşmiş sidik ifrazı, azalmayan susuzluq hissiyatı, artan aclıq hissiyatı, bədən çəkisinin itirilməsi, yorğunluq, marağın və diqqətin zəifləməsi, görmənin tutqunlaşması, ürəkbulanma və mədə ağrısı (çox zaman qriplə səhv salınır). Qeyd edək ki, 2-ci tip diabeti olan uşaqlarda bu simptomlar ya çox zəif müşahidə olunur və yaxud da heç rast gəlinmir.

Azərbaycan Diabet Cəmiyyətinin prezidenti Mominat Ömərovanın sözlərinə görə, əslində diabet, xəstəlikdən daha çox bir həyat təzidir. Bu həyat tərzinin bütün şərtlərinə əməl edənlər, pəhriz saxlyanlar, lazımi vaxt lazımi dərmanlardan və preparatlardan istifadə edən şəxslərdə güclü fəsadlar olmur və onlar uzun ömür sürürlər. Belə ki, diabet xəstəliyi eyni zamanda böyrək, göz, ayaq və ürək xəstəliyidir. Buna görə də insanlar arasında maariflənmə işlərinin aparılması lazımdır. Ümumiyyətlə, bu xətəliyə tutulmaq üçün isə sağlam həyat tərzi keçirmək, idmanla məşğul olmaq və sağlam qida qəbul etmək lazımdır. Çünki bu xəstəlik, genetik olmaqla yanaşı, stressdən, qorxudan və qeyri-sağlam həyat tərzindən də yaranır. Bundan başqa hər ikisi də şəkərli diabet xəstəsi olan şəxslərə evlənmək məsləhət deyil. Onların doğulacaq uşaqlarının şəkərli diabet xəstəsi olacağı ailə planlaşdırması zamanı nəzərə alınmalıdır.

Aytən Həmidova/ANSPRESS/

© 2008-2009 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
04.07.2009
08:36 Mərkəzi Bankın valyuta ehtiyatları 5 mlrd dollara çatıb
06:38 Türkiyəli Abbas Koca 118 yaşını qeyd edib
06:15 Son iki gün ərzində dünyada daha 12 720 nəfərin H1N1 virusuna yoluxduğu təsdiqlənib
06:03 Londonda “donuz qripi”ndən ilk ölüm faktı qeydə alınıb
05:33 Kolumbiyada zəlzələ baş verib
05:11 Madonna səhnəyə çıxmadan əvvəl “Fatihə” surəsini oxuyur
04:32 Bəşər Əsəd Barak Obamanı təbrik edib
04:02 Seçkilərdə səs vermək üçün Bolqarıstana gedən türklər irqçilərin etirazı ilə qarşılaşıb
03:22 Londondakı yanğında ölənlərin sayı 6 nəfərə çatıb
03:01 Rəcəb Tayyib Ərdoğanın cangüdəni avtomobil qəzasında ölüb
02:47 Fransada qatar traktorla toqquşub, 13 nəfər yaralanıb
02:16 «Mən yaradıcılığım vasitəsilə Azərbaycanın tarixi ilə bağlı yalanları düzəltməyə çalışıram»
01:53 Sudanın Darfur əyalətində iki QHT işçisi oğurlanıb
01:44 Əfqanıstanda Kanada hərbçisi həlak olub
01:23 Londondakı 12 mərtəbəli binada yanğın: iki uşaq həlak olub
01:15 Prezident İlham Əliyev Azərbaycan və Ermənistanın bir qrup ziyalısını qəbul edib
01:12 Sara Peylin Alyaska ştatının qubernatoru vəzifəsindən gedir
01:02 Maykl Ceksonla vida mərasimində yalnız biletlə iştirak etmək mümkün olacaq
00:06 Mixail Saakaşvili: “Müxalifətin hərəkətləri nəticəsində 20 min iş yeri itirmişik”
03.07.2009
23:30 Səudiyyə Ərəbistanında A/H1N1 virusuna yoluxanların sayı 100 nəfəri ötüb
23:16 Avropa Parlamenti Barrozu ilə bağlı qərarı təxirə salıb
23:04 Eressun körfəzində iki yük gəmisi toqquşub
22:55 Cənubi Koreya şımal qonşusu ilə müharibəyə hazırlaşır
22:48 "Ya Batumidəki kimi dəbdəbəli otelləri inşa edək, ya da Tiflisdəki kimi çadır şəhərcikləri"
22:20 "İçərişəhərlə bağlı aparılan siyasət davam etdiriləcək"
21:51 Rusiya ilə ABŞ hərbi əməkdaşlığı bərpa edir
21:28 Qaz tarifləri yenidən aşağı salına bilər
21:12 Bir qrup dənizçiyə "Tərəqqi" medalı verilib
21:05 Dağlıq Qarabağa səfər edən nümayəndə heyəti Bakıya gəlib
20:44 İtaliyadakı partlayış nəticəsində həlak olanların sayı artıb
20:40 Seulda Kim Çen İrin portretləri yandırıldı
20:33 Polşa prezidentinin Azərbaycana iki günlük rəsmi səfəri başa çatıb
20:23 Pakistanda hərbi helikopter qəzaya uğrayıb
20:15 Sankt-Peterburqda “Boeing-737” təyyarəsi qəzalı eniş etmək məcburiyyətində qalıb
20:11 Azərbaycan prezidenti amerikalı həmkarını ABŞ-ın müstəqillik günü münasibətilə təbrik edib
20:00 “Obamanın səfərindən çox şey gözləyirik”
19:54 Əfqanıstanda partlayış baş verib
19:44 Moskva Kuril adaları ilə bağlı məsələyə reaksiya verdi
19:36 Türkiyə XİN başçısı «Nabukko» layihəsini ölkəsinin enerji prioriteti kimi dəyərləndirib
19:25 Azərbaycanın Rusiyadakı səfiri Ermənistan prezidenti ilə görüşüb
19:20 Qusar rayonunda Dağıstan gəncləri günü keçiriləcək
19:08 Bakıda ilk dəfə olaraq milli kabab festivalı keçirilib
18:56 ABŞ və Rusiya hərbi yüklərin tranziti barədə razılıq əldə etməyi planlaşdırır
18:55 ABŞ Rusiyaya qarşı müharibəyə başlaya bilər
18:40 “Bakı”nın növbəti transferi Aleksandr Soliç oldu
18:26 Goranboyda Kəlbəcərdən olan məcburi köçkünlər üçün 596 evlik qəsəbə tikilir
17:55 Paralimpiyaçılarımız Avropa çempionatında mübarizəyə qoşulublar
17:33 İçərişəhər dövlət tarix-memarlıq qoruğu idarəsi «Meydan bazarı» adlı yeni layihəyə start verir
17:24 MTN Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının dərsliklərini qeyri-qanuni çap edən şəxsi həbs edib
17:09 “Nabucco” üzrə saziş iyulun 13-də imzalanacaq
17:05 Kamara “Olimpik-Şüvəlan”la müqavilə imzalayıb
17:01 Mariya Kaçinska Azərbaycan muğamını dinləyib
16:51 Maykl Çeksonu əfsanəvi ABBA qrupu əvəzləyə bilər
16:46 Bakının bolşeviklərdən azad edilməsindən 91 il ötür
16:39 Britaniya səfirliyinin əməkdaşları məhkəmə qarşısına çıxacaq
16:30 Lex Kaçinski Azərbaycanın Baş naziri Artur Rasizadə ilə görüşüb
16:25 “İstənilən sülh müharibədən yaxşıdır”
16:22 ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağın separatçı rejiminin rəhbəri ilə görüşüb
16:03 Rəşid Qaysanov müvəqqəti olaraq İnquşetiyanın prezidenti olub
15:58 Dövlət buğda idxalına nəzarəti gücləndirəcək
15:47 Rusiyada qətl planı hazırlamaqda təqsirləndirilən həmyerlimiz həbs edilib
15:40 İyun ayında ərzaq məhsullarının qiyməti dəyişməyib
15:39 Yunusbəy Evkurov komadan çıxdı
15:38 Gəncə və Bakı şəhərlərində narkotik satışı ilə məşğul olan şəxslər tutulub
15:07 Dərinözüllü metro stansiyalarında köməkçi çıxışlar inşa ediləcək
15:04 Horadiz sakini Baş Mil su kanalında boğulub
15:01 Qarabağda səfərdə olan nümayəndə heyəti Serj Sarkisyanla görüşə yollanıb
14:46 Avropa Birliyi ümumi idarə orqanı yaradacaq
14:42 Azərbaycanlı pəhləvan erməni güləşçısını məğlub edib
14:39 Həftəsonu havanın temperaturu 32 dərəcəyə qalxacaq
14:36 Artur Rasizadə Rumıniyanın iqtisadiyyat naziri ilə görüşüb
14:29 Metrodakı ticarət obyektləri yığışdırılmayacaq
14:28 "Ermənistan ikitərəfli əlaqələrin bərpası istiqamətində Türkiyədən praktiki addımlar gözləyir"
14:25 Polad Bülbüloğlu Dağlıq Qarabağın separatçı rejimin prezidenti Bako Saakyanla görüşüb
14:21 Lex Kaçinski Şəhidlər Xiyabanını ziyarət edib
 
©  2006-2009 ANS-PRESS Rambler's Top100 Back to top ^^