|
Hadisə / 13.10.2008 15:46 İran vətəndaşına hökm oxunub
Azərbaycana narkotik vasitə keçirən Kalvandi Murtuza 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Bu gün Ağır Cinaytələrə Dair İşlər üzrə Məhkəmədə qacaqmalçılıq və narkotikdən istifadədə təqsirləndirilən İran vətəndaşına hökm oxunub. ANS PRESS-in məlumatına görə, hakim Mail Bayramovun sədrlik etdiyi məhkəmənin hökmü ilə təqsirləndirilən Kalvandi Murtuza 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O 2008-ci ilin may ayının 26-da Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən həbs edilib. Kalvandi Murtuza İrandan Azərbaycana qacaqmalçılıq yolu ilə külli miqdarda heroin keçirib.O Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 (qacaqmalçılıq) və 234.1 (satış məqsədi olmadan narkotik maddə saxlama) maddəsi ilə təqsirləndirilirdi. Anar Məmmədov /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|