|
Hadisə / 13.10.2008 15:23 Gənc Tamaşaçılar Teatrı yanır
FHN-in Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları və yanğınsöndürənlər dəstəsi yanğını söndürməyə çalışır
Bu gün saat 13.50 radələrində Bakıda Gənc Tamaşaçılar Teatrında yanğın başlayıb. Lent.az-ın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğın hələ davam edir. Hadisə yerinə Fövqəladə hallar nazirnin müavini Etibar Mirzəyev, nazirliyin yüksək rütbəli əməkdaşları, Səbayel rayon Polis İdarəsinin rəhbər şəxsləri gəliblər. Hadisə yerində olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev lent.az-ın əməkdaşına açıqlamasında bildirib ki, hadisə köhnə naqillərə toxunulması nəticəsində baş verib. Əməkdaşımızın bildirdiyinə görə, yanğın binanın damında başlayıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin əməkdaşları və yanğınsöndürənlər dəstəsi yanğını söndürməyə çalışır. Tələfat barədə məlumat verilmir. Hadisə yerində Təcili Tibbi Yardım maşınları da var. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|