|
Hadisə / 13.10.2008 15:22 Rusiyada milisə rüşvət təklif edən azərbaycanlıya hökm oxunub
Telman Babayev 20 min rubl məbləğində cərimələnib
Rusiyanın Murmansk vilayətinin Tersk rayonunda polisə rüşvət verən azərbaycanlı Telman Babayevin məhkəməsi olub. Murmansk prokurorluğundan verilən məlumata görə, Babayev nəqliyyat vasitələri pasportunun itirilməsi və yeni pasport alınması üçün milis leytinantına pul təklif edib. Milis əməkdaşı puldan imtina edib və Babayevə rəsmi şəxsə rüşvət təklif etməyin cinayət məsuliyyəti olduğunu bildirib. Buna baxmayaraq azərbaycanlı ona yenidən 5 min rubl təklif edib, bundan sonra milis əməkdaşının otağına gələn digər əməliyyatçılar tərəfindən saxlanılıb. Məhkəmə Telman Babayevin 20 min rubl məbləğində cərimə edilməsi barədə qərar çıxarıb. /mbnews.ru/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|