|
Hadisə / 13.10.2008 15:24 Bərdə rayonunda Jiquli traktorla toqquşub
Qəza nəticəsində bir nəfər ölüb
Oktyabrın 12-də axşam saatlarında Bərdə-Ağdam yolunda ölümlə nəticələnən yol qəzası olub. Yolun 4-cü km-də Bərdə rayon sakini, 52 yaşlı Fazil Muradovun idarə etdiyi 03 BC 253 nömrəli VAZ 2106 markalı maşın traktorun qoşqusu ilə toqquşub. Qəza nəticəsində sürücü və maşında olan sərnişinlər, 60 yaşlı Həsrət Qarayeva və 52 yaşlı Əvəz Bayramov müxtəlif xəsarətlərlə Bərdə xəstəxanasına çatdırılıb. Sərnişinlərdən Əvəz Bayramov xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|