|
Xüsusi Reportaj / 13.10.2008 14:48 Pulların həyatı (Azərbaycan iqtisadiyyatı)
Ötən həftənin icmalı (6-13 oktyabr)
Ötən həftə az qala beşinci hissələrindən məhrum olan (20 %) inkişaf edən bazarlar üçün çox pis keçdi (Emerging markets). Neft hasil edən Azərbaycan üçün digər pis məlumat isə Nyu-Yorkda neftin qiymətinin rekord səvviyədə - bir barreli 80,5 dollaradək aşağı düşməsi oldu. Ötən həftə Azərbaycanın pul həyatında na baş verdi? Bizim ölkə iqtisadiyyatın kompleks qiymətləndirilməsinə dair adekvat indeksə malik olmasa da, inkişaf edən bazarlara aiddir. Amma bu, bizim fond bazarının “əməyidir”. Məlumdur ki, sakinlər dolların və avronun Azərbaycan manatına nisbətdə kursunu izləyirlər. Bir çoxlarının evdə yığdıqları ehtiyat pul xarici valyutaya dəyişdirilib. Manat qələbə fəaliyyətini davam etdirir. “Bahalı manat” siyasəti artıq dünya böhranları, dollar və avronun qiymətinin düşməsi ilə izah oluna bilər. Amma qeyd etmək lazımdır ki, bu yaxınlaradək beynəlxalq maliyyə xəbərləri yalnız Amerika və Britaniya banklarının müflisləşməsi ilə bağlı diqqəti cəlb edirdi. Hətta Avropa da xatırlanırdı. Hətta soyuq İslandiya da bank və əmanətçilərini itirməyə başladı. 2008-ci ilin oktyabr ayı isə Yaponiyada inkişaf edən durğunluq barədə xəbər gətirdi. İqtisadçılar "durğunluğu” çoxmənalı “resessiya” sözü ilə adlandırırlar. Asiya nəhəng iqtisadiyyatı ABŞ və Avropada dünya maliyyə böhranından asılı deyildi. Yapon bankları isə zəifləyən Uoll Strit pul nəhənglərinin aksiyalarını alırdılar. Ötən həftə isə Nikkey indeksi 24 faiz düşdü (50 yaşlı tarixində maksimum aşağı düşdüyü həftə). Oktyabrın 10-da birinci yapon maliyyə təşkilatı Yamato Life İnsurance iflasa uğradı, 2,7 milyard dollar müflis oldu. Bildiyimiz kimi, Yaponiya Azərbaycanda bütün iqtisadi islahat dövrü boyunca bizə kömək edir. Demək olar ki, bizim kənd təsərrüfatımıza bütün qrant yardımı Yaponiayadan gəlir. Maraqlı bir fakt: Azərbaycan Milli Bankının kotirovkasında (qiymət təyin etmə) yapon ienası var. Və onlar bahalaşırlar. 100 yapon ienasına artıq 9,8211 AZN verilir. Bütün dünya üzrə Mərkəzi banklardan fərqli olaraq Yaponiyanın Mərkəzi Bankı iqtisadiyyatın dirçəlməsi üçün yenidən maliyyələşdirmə üçün öz tariflərini azaltmaq imkanına malik deyil. Məlum olduğu kimi, bu, 0,5 %-dir və dünyada ən aşağı qiymətdir. Müqayisə üçün deyək ki, Azərbaycanda bu gün yenidən maliyyələşdirmə tarifi 15 %-dir. Dünya böhranlarından keçək Günəşli Respublikaya. Bizim pullarnan nə baş verir? Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının vəziyyəti barədə öz rəqəmlərini yeniləyib (World Ecnomic Outlook 2008). Azərbaycanda inflasiyanın artması barədə məlumatı da yeniləyib. Əgər 2007-ci ildə Azərbaycanda istehlakçı inflyasiya 16,6 % idisə, Beynəlxalq Valyuta Fondunun ilkin 22 % proqnozuna qarşı 2008-ci ildə inflyasiya 22,4 % olacaq. 2009-cu ilin nəticələrinə görə, inflyasiya ilkin 19% proqnoza qarşı, 20 % səviyyədə proqnozlaşdırılır. Maraqlısı isə budur ki, İqtisadi İnkişaf Nazirliyi, elə bil, beynəlxalq arbitlərlə həmrəydir. Uzun müddət əvvəl Beynəlxalq Valyuta Fondu və İqtisadi inkişaf Nazirliyi ictimaiyyətə 2008-ci il üçün makroiqtisadi proqnozlarının dəqiqləşdirilmiş variantını, həmçinin 2009-2012 ci illər üçün proqnozlarını açıqlamışdı. Nazirlik bildirmişdi ki, bu il inflyasiya 22-23 % olacaq. Bu, öz nou-hausunu gətirdi. Bu, təxminən belə səslənir: “... yaxın perspektivdə biz inflyasiyanın birmənalı səviyyəyə qədər düşəcəyini hesab edirik”. Bimənalı, bu, yəqin ki, birrəqəmlidir. Bu isə 1, sonra 2, sonra 3 və 9-a qədər. Vəssalam... sonra birmənalı necəsə yoxa çıxır. Çox gözəl “birmənalı” inflyasiya göstəricisinə inanmaq istərdik. Çox istərdik. Amma pullar, onların dəyərdən düşməsinı (inflyasiya) uyğun olaraq real hesablama tələb edirlər. Ötən həftə “Kiçik sahibkarlığın inkişafı yolları” konfransı ilə canlandı. Konfransın təşkilatçısı Beynəlxalq Özəl Sahibkarlıq Mərkəzinin (Vaşinqton) dəstəyi ilə Bakıda Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu idi. Konfransda ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsi də iştirak edirdi. Xanım səfir qeyd etdi ki, son illər ərzində Azərbaycanda sahibkarlıq sahəsində çoxlu islahat keçirilib. İndi bizim respublika – Doing Business 2009 qlobal reytinqində liderdir. Düzdür...”...Azərbaycan dünyada əsas islahatçı adlandırılmışdı, amma bu o demək deyil ki, islahatları dayandırmaq lazımdır. Biznesin bir çox istiqamətləri var ki, Azərbaycan həmin sahələrdə hələ ki, zəifdir. Əsasən bura kiçik sahibkarlıq, korrupsiya və digər sahələr daxildir. Biz Azərbaycana bu istiqamətlərdə lazımi dəstək göstərməyə hazırıq”, deyə Enn Dörsi bildirib. Mövzunun davamı olaraq (Azərbaycanda kiçik sahibkarlığın real inkişafı mümkündür) ötən həftənin sonunda Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması layihəsinin rəhbəri Boris Divyakın mətbuat konfransı keçirildi. Beynəlxalq Maliyyə Korporasiyasının layihəsi maliyyə vasitələrinə çıxış, qanunvericilik, korrupsiya, razılığın əldə olunması, yoxlama, yaxud təftiş və digər problemlərə dair respublika sahibkarları arasında sorğu keçirib. Biznesin - Azərbaycanda iqlimin yaxşılaşdırılması məqsədilə BMK bütün növ icazələrin və lisenziyaların daxil olacağı reyestr yaratmağı təklif edir. Deyirlər ki, siyahı artıq növbəti ildə müyyənləşəcək. Bu gün məlumdur ki, ümumi lisenziya sayı 56-dır. Müəyyən icazələr barədə isə heç nə məlum deyil. Qeyd edək ki, bizi Beynəlxalq Maliyyə Korporasiyasının layihəsi ilə monitorinq etmək mümkün deyil. 5 yaşlı layihəin büdcəsi 5 mln dollardır. Amma buna görə biz ödəmirik... buna görə İsveçrə hökuməti və bizə tanış olan British Petroleum ödəyir. Çox maraqlı bir faktı qeyd edək. Azərbaycan özünün “Çemberlenə cavab” ipotekasını hazırlayır. Keçən il ABŞ-da başlayan subprime kateqoriyası üzrə böhran qlobal kredit böhranı yaratdı. Bu isə demək olar ki, bütün dünya üzrə bank sisteminə və maliyyə institutlarına olan inamı azaltdı. Hazırkı situasiyada əsasən kredit, bazar və likvidlik riski artıb. Böhran yüksək riskli ipotekadan adiyə - istehlak krediti, kommersiya əmlakı və nəhayət korporativ sektora çevrildi. Amma Günəşli Respublikanın barıtqabında hələ də barıt var. Bankların ekspert qrupu – Azərbaycan Banklar Assosiasiyasının üzvləri ipoteka kreditləşməsi üzrə öz təcrübələrini müəyyənləşdirib. Assosiasiyada milli qanunvericiliyə ipoteka ilə bağlı düzəlişlərin edilməsi üzrə təkliflərin hazırlanması üçün aparıcı bankların nümayəndələrindən yaradılmış işçi qrupu yaradılıb. Qrupun tərkibinə Azərbaycan Milli Bankının və aparıcı ipoteka operatorlarının – Texnikabank, Respublika, Standart bank və digərlərinin təmsilçiləri daxildir. Bax, indi ipoteka sahibi sakit yata bilər. Düzəlşilişlər hər şeyi düzəldəcək. Fərhad Ömərov, ekspert, xüsusi olaraq ANS PRESS üçün.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|