|
Hərb / 13.10.2008 12:57 Nuru Əl Maliki: «İngilis əsgərlərinə artıq ehtiyacımız yoxdur»
İraqın baş naziri iraqlı əsgərlərin evlərinə geri dönmə zamanının gəldiyini bildirib
İraqın baş naziri Nuru Əl Maliki ölkənin cənubundakı Britaniya əsgərlərinə artıq ehtiyacları qalmadığını bildirib. İngiltərənin «The Times» qəzetinə müsahibəsində Maliki «Əsgərlərin evlərinə geri dönmə vaxtı gəldi»,-deyə qeyd edib. Maliki Böyük Britaniya ordusunun iraqlı əsgərlərin təhsili üçün kömək göstərə biləcəyini də söyləyib.
Qeyd edək ki, Böyük Britaniya 2003-cü ildə başlayan İraq işğalında ABŞ-ın ən böyük müttəfiqidir. İraqdakı ingilis əsgərlərinin sayı 4 minə yaxındır. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|