|
Kriminal / 13.10.2008 12:28 İki qadını zorlayan şəxsin məhkəməsi olub
Dövlət ittihamçısı, Mürşüd Hacıyevin 9 il azadlıqdan məhrum edilməsini istəyib
Bu gün Ağır Cinaytlərə Dair İşlər üzrə Məhkəmədə iki qadını zorlamaqda təqsirləndirilən Mürşüd Hacıyevin məhkəmə istintaqı yekunlaşıb. ANS PRESS-in məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O Cinayət Məcəlləsinin 149 (zorlama) təqsirləndirilən M.Hacıyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Xatırladaq ki, M.Hacıyev ilin əvvəlində Xırdalan şəhərində Nərgiz və Aynur (adlar şərtidir) adlı iki qadını zorlayıb. Məhkəmə oktyabrın 16-da vəkillərin çıxışı ilə davam edəcək. Anar Məmmədov /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|