|
Ordan-Burdan / 13.10.2008 12:01 106 yaşlı rahibədən Barak Obamaya dəstək
Rahibə sonuncu dəfə 1952-ci ildə səsvermədə iştirak etdiyini deyir
ABŞ-da noyabrda keçiriləcək prezident seçkisində 106 yaşlı rahibə Demokratların namizədi, qaradərili Barak Obamaya səs vermək niyyətində olduğunu bildirib. CNN Türk televiziyasının məlumatına görə, sonuncu dəfə 1952-ci ildə səs verən rahibə Sesilia Gaudette bu dəfə Barak Obama üçün səsverməyə gedəcək.
S.Gaudette qəzet oxuyur, çətin eşitməsinə baxmayaraq televiziyanı izləyir və beləliklə inkişaflar haqqında məlumat sahibi olur. Obamanı heç görməyən, ancaq xüsusi həyatıyla yaxşı bir insana bənzədiyini təxmin edən Gaudette, Obamanın ABŞ başçısı olmasının lazım olduğunu düşünür. Xəbər verilir ki, 106 yaşlı rahibə son 50 ildə Romadakı məbədlərdən birində yaşayıb. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|