|
İdman / 13.10.2008 12:02 17 yaşlı qızlardan ibarət Azərbaycan U-17 milli komandası İslandiya millisi ilə heç-heçə oynayıb
Qrupun digər matçında Fransa millisi İtaliya futbolçularına 5-0 hesabı ilə qalib gəlib
Avropa çempionatının ilkin seçmə mərhələsində 2-ci qrupda mübarizə aparan 17 yaşlı qızlardan ibarət Azərbaycan U-17 milli komandası qrupda sonuncu matçını keçirib. İslandiyalı həmyaşıdları ilə qarşılaşan milli komandamız heç-heçə oynayıb 0-0. Qrupun digər matçında Fransa millisi İtaliya futbolçularına 5-0 hesabı ilə qalib gələrək qrup lideri kimi növbəti mərhələyə vəsiqə qazanıb. Qeyd edək ki, 17 yaşlı qızlardan ibarət Azərbaycan U-17 milli komandası qrupda keçirdi ilk matçda İtaliya millisinə 3-1, ikinci matçda isə Fransalı həmyaşıdlarına 6-0 hesabı ilə məğlub olmuşdular./ANS PRESS/
K O Q H M T/F X
Fransa 3 3 0 0 12-0 9 İtaliya 3 2 0 1 4-6 6 İslandiya 3 0 1 2 0-2 1 AZƏRBAYCAN 3 0 1 2 1-9 1/ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|