|
Hadisə / 13.10.2008 11:58 Nərimanov rayonunda maşın körpüdən aşıb
Hadisə nəticəsində xəsarət alan olmayıb
Bu gün Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, «Vaz 2107» markalı avtomobil Dərnəgül yolunda, Çermet qəsəbəsi ərazisindən keçən körpüdən aşıb. Faktı Nərimanov rayon Polis İdarəsindən təsdiqləyiblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. Avtomobil isə yararsız hala düşüb. Hazırda hadisənin səbəbləri araşdırılır. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|