|
İdman / 13.10.2008 11:37 Anna Qurbanova bədii gimnastika üzrə Qran-Pri yarışında 5-ci oldu
Azərbaycan gimnastı Anna Qurbanova 17,325 ballıq nəticə göstərib
Almaniyanın paytaxtı Berlin şəhərində Bədii gimnastika üzrə Qran-Pri yarışlarının sonuncu, 7-ci mərhələsi başa çatıb. Azərbaycan gimnastı Anna Qurbanova 17,325 ballıq nəticə ilə 5-ci olub. A.Qurbanova ən yaxşı çıxışını lentlə hərəkətlərdə edib ki, bu da münsiflər heyəti tərəfindən 17,125 balla qiymətləndirilib. Burada idmançımız 4-cü pilləni tutub. Qran-Pri turniri rusiyalı Vera Sessinanın qələbəsi ilə başa çatıb. Rusiya təmsilçisi, çoxnövlülük yarışlarında 3 qızıl medal qazanıb. Gürzlə hərəkətlərdə isə qazaxıstanlı gimnast Aliyə Yusupova qızıl medal qazanıb. Qeyd edək ki, Qran-Pri yarışlarının final mərhələsi noyabrın 8-9-da Slovakiyanın Bratislava şəhərində keçiriləcək./Azerisport.com/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|