|
İdman / 13.10.2008 11:18 Azərbaycan, Beynəlxalq Avarçəkmə Federasiyasının konfransında təmsil olunacaq
AMAF-ın baş katibi Fikrət Zeynalov və akademik avarçəkmə üzrə Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Rüdiger Hauffedə iştirak edəcək
Oktyabrın 17-də Sinqapurda Beynəlxalq Avarçəkmə Federasiyasının (FİSA) konfransı keçiriləcək. Konfransda Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) baş katibi Fikrət Zeynalov və akademik avarçəkmə üzrə Azərbaycan milli komandasının almaniyalı baş məşqçisi Rüdiger Hauffedə iştirak edəcək. Qeyd edək ki, konfransda 2010-cu ildə Sinqapurda keçiriləcək Yeniyetmələrin I Yay Olimpiya Oyunlarına hazırlıq məsələləri, yığma komandaların məşqçiləri, klublar, avarçəkmə mərkəzləri və milli federasiyalar arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|