|
İç Xəbər / 13.10.2008 10:57 Güclü yağış Lənkəran və Astara rayonlarında fövqəladə vəziyyət yaradıb
Dağ kəndlərinə gedən yollarda bir neçə körpü uçub və ərazidə sürüşmə təhlükəsi yaranıb
Azərbaycanın cənub bölgəsində oktyabrın 11-də və 12-də yağan güclü yağış Lənkəran və Astara rayonlarında fövqəladə vəziyyət yaradıb. ANS TV-nin Lənkəran bürosunun məlumatına görə, yağıntı nəticəsində çaylarda suyun səviyyəsi qalxıb.
Lənkəran çayı məcrasından çıxıb və bir sıra təsərrüfatlara ciddi ziyan vurub. Lənkəran rayonunun bəzi kəndlərində fərdi həyətyanı və əkin sahələrini su basıb. Dağ kəndlərinə gedən yollarda bir neçə körpü uçub və ərazidə sürüşmə təhlükəsi yaranıb. Yağıntının axşam saatlarında küləklə müşahidə olunması elektrik xətlərinə ciddi ziyan vurub.
Yaşayış məntəqələrinə enerji fasilələrlə verilir. Görülən tədbirlər nəticəsində problem aradan qaldırılıb. Hazırda rayon icra hakimiyyəti və Fövqaladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyirlər. İşə ağır texnika cəlb olunub. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|