|
İç Xəbər / 13.10.2008 10:50 "Şimali Qafqazda baş verən zəlzələ Azərbaycan ərazisində heç bir zəlzələ ocağını fəallaşdırmaq qabiliyyətinə malik deyil"
Baş seysmoloq Qurban Yetirmişli bildirib ki, hazırda ölkədə seysmik vəziyyət fon səviyyəsindədir və normaldır
"Şimali Qafqazda baş verən zəlzələ Azərbaycan ərazisində heç bir zəlzələ ocağını fəallaşdırmaq qabiliyyətinə malik deyil və bununla bağlı əhalinin narahatlığına əsas yoxdur". Bunu ANS TV-yə açıqlamasında Respublika Seymoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib. Baş seysmoloqun sözlərinə görə, hazırda ölkədə seysmik vəziyyət fon səviyyəsindədir və normaldır. Xatırladaq ki, oktyabrın 11-də axşam Şimali Qafqazda, Çeçenistan muxtar respublikası ərazisində 8 bal gücündə zəlzələ baş verib. 13 nəfər ölüb, onlarla insan xəsarət alıb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|