|
Kriminal / 13.10.2008 10:43 Xakasiyada azərbaycanlı ailəsi qətlə yetirilib
22 yaşlı qatilin beş qurbanı arasında iki məktəbli də olub
Oktyabrın 12-də Xakasiya Respublikasının Şirin rayonunun Son kəndində yaşayan beş azərbaycanlı öz evlərində qəddarcasına ölüdürülüb. “Xakasiya” informasiya agentliyinin məlumatına görə, qətlə yetrilənlər ər-arvad, onların 12 yaşlı qızı, ərin qardaşı və onun 10 yaşlı oğlu olub. Onlar artıq uzun müddət imiş ki, Xakassiyada yaşayaraq ət satışı ilə məşğul olurmuşlar. Baş vermiş hadisədən sonra azərbaycanlıların evinə gələn qonşu həyətdə bir nəfərin qan içində uzandığını görüb. Hadisə yerinə gələn əməliyyatçılar çox dəhşətli mənzərənin şahidi olublar: evin ətrafında və onun içində beş nəfərin meyiti tapılıb. Qətlə yetirilən ər-arvadın dəm qazından zəhərlənmiş daha iki körpəsi (4 yaşlı və 1 ay 16 günlük qız uşaqları) dərhal xəstəxanaya aparılıb. Məlum olub ki, izləri silmək istəyən qatil sonra evi yandırmaq məqsədi güdüb. Elə həmin gün “isti izlərlə” 22 yaşlı yerli sakin, qazmaçı işləyən şəxs şübhəli bilinərək saxlanıb. Subay oğlan anası ilə birgə yaşayırmış. O, əvvəllər dəfələrlə oğurluğa görə cinayət məsuliyyətinə cəlb olunubmuş. Bu gün onun həbsi barədə qərar veriləcək. Hələlik qanlı hadisəyə nəyin səbəb olduğu aydınlaşdırılmayıb. Cinayət işi Xakasiya Respublikasının Prokurluğunda araşdırılacaq. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|