|
Hərb / 13.10.2008 10:18 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Düşmən cavab atəşi ilə susdurulub
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 12-də günorta saatlarından başlayaraq, oktyabrın 13-ü gecə saatlarına kimi atəşkəs rejimini pozublar. Erməni ordusu saat 16.45-dən 17.10-dək, 18.45-dən 20.22-dək və 20.40-dan 20.50-dək Ermənistanın Berd rayonu Mosesqex kəndi, Qarasu dağı və Noyemberyan rayonu Voskevan kəndi ərazisindəki mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə, Əlibəyli kəndi və Qazax rayonunun Quşçu Ayrım kəndi ərazisində yerləşən mövqelərini, saat 15.05-dən 15.10-dək və oktyabrın 13-də saat 02.00-dan 02.15-dək Ağdam rayonunun Yusifcanlı kəndi, saat 20.08-dən 20.15-dək Xocavənd rayonunun Kuropatkino kəndi, saat 20.10-dan 20.35-dək və oktyabrın 13-də saat 01.20-dən 02.00-dək fasilələrlə Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyot və avtomatik qumbaraatanlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə. bütün hallarda düşmən cavab atəşilə susdurulub, itki yoxdur./ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|