|
Hadisə / 13.10.2008 10:18 Bu gecə Neftçilər metro stansiyasının yaxınlığında atışma olub
Atəş ərazidə olmuş qara rəngli cipdən açılıb
Bu gecə Bakıda, Neftçilər metro stansiyasının yaxınlığında atışma olub. Nizami Rayon Polis İdarəsi 25-ci polis bölməsi rəisi Akif Nəzərlinin ANS-ə verdiyi ilkin məlumata görə, atəş ərazidə olmuş qara rəngli cip tipli avtomaşından açılıb. Amma şahidlər olmadığından avtomaşının markası və nömrəsi müəyyənləşdirilməyib. A.Nəzərlinin sözlərinə görə, atışma zamanı Makarov tipli tapançadan 5 atəş açılıb və hadisə yerindən ekspertin iştirakı ilə 5 giliz aşkar olunaraq götürülüb. İlkin ehtimallara əsasən, atışma sözləri bir-biri ilə düz gəlməyən dostların arasında olub. Nəticədə xəsarət alanın da olub-olmadığı hələlik bəlli deyil. Hazırda hadisə yerindən qaçan iki şəxsin və cip markalı avtomaşının tapılaraq istintaq orqanlarına təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət cinayət işi başlanıb. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|