|
Hadisə / 12.10.2008 17:46 20 Yanvar metrosu yaxınlığında sərnişin avtobusu divara çırpılıb
Hadisə təzə körpünün üstündə baş verib
Bu gün saat 17 radələrində Biləcəri qəsəbəsi və 20 Yanvar metro stansiyası arasında olan yeni körpüdə avtobus qəzaya uğrayıb. Şahidlərin ANS PRESSə verdiyi məlumata əsasən, tunneldən çıxan 142 saylı marşrut avtobus körpünün divarına çırpılıb. Avtobusun sürücüsü yüngül xəsarət alıb. Hazırda hadisə yerində Dövlət Yol Polisinin əməkdaşları işləyir. İlkin versiyaya görə, qəzaya - yüksək sürət səbəb olub. Faktla bağlı araşdırma aparılır. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|