|
Hərb / 13.10.2008 11:53 Oktyabrın 15-də Sankt-Peterburqda MDB Müdafiə Nazirləri Şurasının 55-ci toplantısı olacaq
Rusiyanın müdafiə naziri A.Serdyukovun sədrliyilə keçiriləcək iclasda əsasən Hava Hücumundan Müdafiə sistemlərinin təkmilləşirilməsi və birgə əməkdaşlığa dair 20 məsələ müzakirə ediləcək
Bu gün MDB müdafiə nazirlikləri nümayəndə heyətlərinin toplantısı öz işinə başlayıb. Qazaxıstanın «Kazinform» informasiya agentliyinin verdiyi məlumata əsasən, toplantıda MDB Müdafiə Nazirləri Şurasının oktyabrın 15-də Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək iclsında müzakirə ediləcək sənədlər ətrafında fikir mübadiləsi aparılır. MDB müdvfiə nazirləri Şurasının katibi Aleksandr Sinayski jurnalistlərə bildirib ki, bu gün ümumilikdə 20 müxtəlif məsələ ətrafında, o cümlədən 2008-ci ildə görülmüş işlər, mövcud problemlər və 2009-cu il üçün hərbi inteqrasiya planı barədə diskussiyalar aparılacaq. MDB Müdafiə Nazirləri Şurasının toplantısında habelə Hava Hücumundan Müdfiə sistemlərinin təkmilləşdirilməsi, 2009-cu ilin yay mövsümündə MDB ölkələri silahlı qüvvələrinin yeddinci hərbi Spartakiadasının təşkili məsələləri müzakirə olunacaq. Xəbər verilir ki, budəfəki toplantıya Rusiyanın müdafiə naziri Anatoli Serdyukov sədrlik edəcək. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|