|
Hadisə / 12.10.2008 17:13 Ermənistanda zəlzələ olub
Yeraltı təkanların gücü Rixter cədvəlilə 4 bal təşkil edib
Bu gün səhər saat 08.05 radələrində Ermənistan ərazisində 4 bal gücündə zəlzələ baş verib. Yerli Seysmoloji Xidmətin yaydığı məlumata əsasən, yeraltı təkanların episentri Vedi şəhərindən 15 kilometr şimal-şərqdə olub. Tələfat və dağıntı qeydə alınmayıb. Xəbər verilir ki, paytaxt İrəvanda zəlzələ hiss edilməyib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|