|
İdman / 12.10.2008 13:30 Dzüdo üzrə dünya Kubokunda çıxış edən Azərbaycan idmançısı Elxan Məmmədov yarımfinala vəsiqə qazanıb
Bakıda keçirilən yarışmada E.Məmmədov Kanada və Rusiyadan olan dzüdoçuları məğlub edib
Azərbaycanlı dzüdoçu Elxan Məmmədov Bakıda keçirilən Dünya kuboku uğrunda yarışmanın 90 kq çəki dərəcəsində yarımfinal mərhələsinə vəsiqə qazanıb. İlk görüşünü kanadalı Robert Edvardla keçirən E.Məmmədov rəqibini ipponla tatami üzərinə aşırdıb. Növbəti mərhələdə Rusiyadan olan Viktor Semyonovla görüş həddən artıq çətin keçsə də, son dəqiqələrdə dzüdoçumuz özündə güc taparaq rəqibini yerə ata bilib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|