|
İç Xəbər / 12.10.2008 11:57 Bu gecə Degəli çayına gəlmiş sel nəticəsində Astaranın Çələk kəndi ətrafdan təcrid olunub
Kənddə olan 70-dək evin həyətini su basıb
Astara rayonunun Çələk kəndi ətrafdan təcrid olunub. Kənd sakinlərinin ANS-in qaynar xəttinə verdiyi məlumata əsasən, güclü yağıntı nəticəsində bu gecə Degəli çayına sel gəlib. Nəticədə də kəndi ətrafla birləşdirən körpü üçüb, 70-dək evin həyətini su basıb. Artıq bir həftəyə yaxındır ki, elektrik enerjisinin verilməməsi də ailələrin həyatını daha da çətinləşdirib, azyaşlı uşaqlar arasında burun-boğaz xəstəlikləri yaranıb. Çələk sakinləri bildiriblər ki, qaldıqları çətin vəziyyət barədə Astara rayon İcra şakimiyyətinə məlumat versələr də, onların vəziyyətilə maraqlanan olmayıb. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|