|
İç Xəbər / 12.10.2008 16:22 «Seçkilər» İnformasiya Mərkəzi prezident sekilərinə tam hazırdır
Əhali seçki günü beş dəfə səsvermənin gedişatı ilə bağlı məlumatlandırılacaq
«Rəsmi Bakı oktyabrın 15-də prezident seçkilərinin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün bütün imkanlarını səfərbər edib». Bu bəyanatı Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MDB müşhaidə missiyasının rəhbəri Sergey Lebedevlə görüşündə deyib. Görüşdə S.Lebedev Bakı və Sumqayıt şəhərlərində səsverməyə hazırlıq prosesi ilə tanış olduğunu və monitorinq zamanı ciddi qanun pozuntularına rast gəlmədiyini deyib. Müşahidə missiyasının rəhbəri eyni zamanda dairə və məntəqə seçki komissiyalarının texniki avdanlıqla təchiz edilməsini və komissiya üzvləri ilə treninqlərin keçirilməsini yüksək qiymətləndirib.
Qeyd edək ki, «Seçkilər» İnformasiya Mərkəzi prezident sekilərinə tam hazırdır. Seçki günü səsvermənin gedişatı ilə bağlı məlumatların çatdırılmasının qrafiki də dəqiqləşib. MSK sədri Məzahir Pənahovun ANS-ə verdiyi məlumata görə, əhali gün ərzində beş dəfə səsvermənin gedişatı ilə bağlı məlumatlandırılacaq. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|