|
Hərb / 12.10.2008 15:52 Rəsmi Tiflis, Rusiyanı Gürcüstanın hava sərhəddini pozmaqda ittiham edib
Rusiya tərəfi isə bütün ittihamları rədd edir
Rusiya Ordusuna məxsus üç hərbi təyyarə Gürcüstanın hava sərhəddini pozub. «İnterfaks» agentliyi xəbər verir ki, bu məlumatı bu gün jurnalistlərə Gürcüstan parlamentinin nümayəndəsi Şota Malaşxiya verib. Ölkənin müdafiə nazirliyinin rəsmi məlumatında isə bildirilir ki, oktyabrın 11-də Rusiyaya məxsus hərbi təyyarələr Cav və Axalqori rayonlarının üzərində keçərək Qori rayonuna tərəf uçuş həyata keçirib, sonra isə Rusiyaya qayıdıb.
Rusiya müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Aleksandr Drobışevski isə bu məlumatları təkzib edib. Onun sözlərinə görə, Rusiyaya məxsus hərbi təyyarələr Gürcüstan üzərində uçuş həyata keçirməyib və bu ölkənin hava sərhəddini pozmayıb. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|