|
Siyasət / 12.10.2008 13:03 «Azərbaycanda prezident seçkisindən sonra Dağlıq Qarabağ probleminə dair danışıqlar daha fəal mərhələyə keçəcək»
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan hesab edir ki, Dağlıq Qarabağın statusu həll edilsə, problem də həll edilmiş olacaq
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bəyan edib ki, Dağlıq Qarabağ probleminin həllinə təkan verəcək əsas amil - Dağlıq Qarabağın statusudur ki, bu məsələ də Qarabağ camaatının öz iradəsini azad şəkildə nümayiş etdirməsindən sonra bəlli olacaq.
Bişkekdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Rusiyanın baş xaricisi siyasət idarəsinin rəhbəri Sergey Lavrovla keçirdiyi görüşü şərh edən Nalbandan bildirib ki, bu danışıqlarda münaqişənin detalları ətrafında fikir mübadiləsi həyata keçirilib. Onun sözlərinə görə, «Azərbaycanda keçiriləcək prezident seçkisindən sonra danışıqlar daha fəal mərhələyə keçəcək və münaqişə tərəflərinin təmsilçiləri arasında yeni görüşlər baş tutacaq».
Edvard Nalbandyan bəzi erməni siyasi müşahidəçiləri və politoloqlarının «Ermənistan danışıqlar prosesində sərf etməyən, zəif mövqedədir» deməsinə də münasibət açıqlayıb. Xarici işlər nazirinin sözlərinə görə, belə bəyanatlar «xəstə ağılın məhsullları»dır. E.Nalbandyan habelə Ermənistan müdafiə nazirinin keçmiş müavini Vaan Şirxanyanın dediklərini də nəzərdə cəfəngiyyat adlandırıb. Xatırladaq ki, V.Şirxanyan bəyan etmişdi ki, rəsmi İrəvan diplomatik arenada çoxdan uduzub və hakimiyyət Ermənistanın işğalçı kimi tanınması ilə artıq barışıb. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|