|
İdman / 12.10.2008 16:39 Azərbaycan idmançısı Elxan Məmmədov Dzüdo üzrə dünya kubokunu qazanıb
Həmyerlimiz finalda rusiyalı D.Gerasimenkonu məğlub edib
Dzüdo üzrə dünya kuboku uğrunda Bakıda keçirilən yarışlarda çıxış edən həmyerlimiz Elxan Məmmədov finalda rusiyalı Dmitri Gerasimenkonu məğlub edərək qələbə qazanıb. Xatırladaq ki, yarışmanın 90 kq çəki dərəcəsində ilk görüşünü kanadalı Robert Edvardla keçirən E.Məmmədov rəqibini ipponla tatami üzərinə aşırdıb. Növbəti mərhələdə Rusiyadan olan Viktor Semyonovla görüş həddən artıq çətin keçsə də, son dəqiqələrdə dzüdoçumuz özündə güc taparaq rəqibini yerə ata bilib. Yarımfinalda isə E.Məmmədov daha bir azərbaycanlı idmançı - Yasin Qarayevi məğlub edib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|