BU GÜN04.12.2008
HAVA
BAZAR
NAMAZ
:
ANS Tarixi ANS TV ANS ÇM ANS Press ANS Kommers Haqqımızda Vakansiyalar Əlaqə
BU GÜN


Hadisə / 12.10.2008 11:03
Şimali Qafqazda baş vermiş zəlzələ nəticəsində ən çox zərər çəkən Çeçenistan olub: təbii fəlakət burada 13 nəfərin həyatına son qoyub
Yeraltı təkanlar nəticəsində onlarla tikili yerlə yeksan olub

Moskva vaxtilə saat 19.10 radələrində Qafqazda 6 bal gücündə zəlzələ olub. «İnterfaks» informasiya agentliyinin yaydığı məlumata əsasən, baş vermiş təbii fəlakət nəticəsində Çeçenistanda 13 nəfər ölüb, onlardan 5-i azyaşlı uşaqdır. Çeçenistanın səhiyyə naziri Şəhid Əhmədov bildirib ki, müxtəlif dərəcəli bədən xəsarəti almış şəxslərdən 30 nəfərinin vəziyyəti olduqca ağırdır, bu səbəbdən də təbii fəlakət qurbanlarının sayının artacağı istisna deyil.Əhmdov bildirib ki, zəlzələ nəticəsində dağılan Kurçaloy şəhər xəstəxanasının həyətində çadırlar qurulub və yaralılar orada qəbul edilir. «Xəstəxananın binası dağılıb, doğum şöbəsi isə yerlə yeksan olub», - deyən səhiyyə naziri qeyd edib ki, rəsmən 105 nəfər yaralı var. Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, gecə saatlarında göyərtəsində 34 xilaskar və «Tsentropas» kinoloji şöbəsinin xüsusi öyrədilmiş itlərinin olduğu İl-76 təyyarəsi Kurçaloya yola düşüb. Səhər saatlarında təyyarə Çeçenistana, müxtəlif təbii fəlakətlər zamanı fərqlənmiş beynəlxalq təcrübəli xilaskar qrupunu çatdırıb. Hazırda onlar dağıntılar altında qalan insanların axtarışlarına cəlb edilib.

Elə gecə saatlarındaca Rusiya prezidenti Dmitri Medvedev Fövqəladə Hallar naziri Sergey Şoyqu ilə telefonla danışıb. Dövlət başçısı, Çeçenistanda təbii fəlakətdən zərar çəkmiş ailələrə hərtərəfli yardımın göstərilməsinə dair tapşırıqlarını verib.
Çeçenistan prezidenti Ramzan Kadırov isə bəyan edib ki, baş vermiş hadisəyə baxmayaraq, ölkədə parlament seçkiləri vaxtlı-vaxtında, təyin olduğunu tarixdə keçiriləcək. «Zərər çəkmiş insanlardan heç birinin diqqətsiz qalmaması üçün əlimizdən gələni edirik. Biz dağılmış evləri təmir etməliyik, çətinlikdə qalan soydaşlarımıza hərtərəfli yardım göstərməliyik. Təəssüf ki, biz bundan da ağır və çətin vaxtlar görmüşük». Çeçenistan prezidenti R.Kadırov belə deyib.
Rusiyanın «Novosti» informasiya agentliyinin məlumatında isə bildirilir ki, Çeçenistan Respublikasında baş vermiş zəlzələ nəticəsində çoxlu dağıntı var. Ən çox Kurçaloy rayonu zərər çəkib. Bu rayonun Boçi-Yurt, Mayrtup, Kurçalov şəhərlərində çoxlu sayda dağıntı var, Şali rayonunda isə əsas xəstəxana dağıntıya məruz qalıb. Çeçenistanın səhiyyə naziri Şəhid Əhmədov bildirib ki, şəhər xəstəxanasının terapevtik, ginekoloji, pediatriya şöbələri yerlə yeksan olub. Kurçaloy rayonunun Mayrtup şəhərində isə yaşayış evlərinin 90% dağılıb. Yolların hamısı yararsız hala düşüb ki, bu da xilaskarların və yardım briqadalarının əraziyə gedişini çətinləşdirir. Şalidə isə Respublika Mərkəzi Bankının binası qismən dağılıb.
Çeçenistan prezidenti Ramzan Kadırov Qroznı, Qudermes və Arqun şəhər icra hakimiyyətlərinin başçılarına tapşırıq verib ki, tez bir zamanda onlar, təbii fəlakət nəticəsində evsiz-eşiksiz qalmış insanların müvəqqəti yaşayış yerlərilə təmin edilməsinə dair tədbirlər görsünlər. R.Kadırov habelə ölkə əhalisinə müraciət edərək, onları bu gün keçiriləcək parlament seçkilərində iştirak etməyə çağırıb. /ANS PRESS/

© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.



Son xəbərlər
04.12.2008
02:09 «Frans-Press»in Yunanıstan bürosunda yanğın törədilib
01:30 Pakistan ordusu 30 silahlını məhv edib
01:07 Bu həftə “Xalq kompüteri” layihəsi ilə bağlı təkliflərə baxılacaq
00:05 "Əlvida Bakı, daha səni görməyəcəm"
03.12.2008
23:34 Yerli sakinlərlə qafqazlılar arasında dava düşən şəhərin milis rəisinə bəraət verildi
23:10 Türkiyədə PKK terror təşkilatının üç üzvü həbs olunub
22:30 «Oğlumun sağ olmasından şübhələnirəm» (EKSKLÜZIV)
22:16 Azərbaycanın konsulluq işçilərinin müşavirəsi başa çatıb
21:57 Xarici işlər nazirlərinin görüşü başa çatıb
21:01 Türkiyədəki kimya zavodunda partlayış baş verib
20:30 Barak Obama qubernatoru nazir təyin etdi
19:54 Avropa Birliyindən Çin uşaq yeməklərinə qadağa
18:27 EKSKLÜZİV: Qənimət və Sakit Zahidov qardaşları atalarının yas mərasiminə Prezident İlham Əliyevin şəxsi tapşırığı əsasında buraxılıb
17:38 Somali quldurları Yəmənə məxsus gəmini azad ediblər
17:11 "Türk olmaqdan qürur duyuram"
17:07 UEFA Kubokunun final oyununun loqo və biletlərinin təqdimatı keçirilib (FOTOQALEREYA)
17:02 Maliyyə böhranı Azərbaycanın avtomobil bazarına təsir edib
16:45 100 kiloqram soğana görə arvadını öldürənə hökm oxunub
16:00 Helsinkidə olan Azərbaycanın xarici işlər naziri bu gün ATƏT Minsk Qrupunun həmsədrlərilə danışaqlar aparacaq
14:55 Yeni tikilən metro stansiyasını su basıb
14:30 Huntelaar "Real Madrid"də
14:28 Vətəndaş cəmiyyəti inkişaf etdikcə, mətbuat da inkişaf edir
14:25 MTRŞ sədri ABŞ-ın Yayımın İdarəetmə Şurasının nümayəndələri ilə görüşüb
14:13 Mədəniyyət nazirlərinin «Bakı bəyannaməsi» qəbul edildi
14:06 Iranda azərbaycanlı jurnalist həbs olunub
14:02 Türkiyədə 26 yaşlı azərbaycanlı qadını aldadaraq 29 ay birotaqlı evdə fahişəliyə cəlb ediblər
13:58 Qusarın Uzunqışlaq kəndinin sakinlərinə ayı hücum edib
13:53 Dünya şöhrətli Pyer Kardenin eksklüziv müsahibəsi
13:43 "Regionda hakim qüvvəni Azərbaycan müəyyənləşdirəcək"
13:32 İlhamə Quliyevanın oğlu ifadə verib
12:54 Dünya rekorduçusu ilin idmançısı seçildi
12:27 Yeni ilə yeni adla və ya...
12:25 Qənimət Zahid: «Bəlkə bu gün saat 22-də yenidən həbsxanaya qayıtdım»...
11:52 Bu gün UEFA Kubokunda 4-cü tur matçları start götürəcək
11:24 «Biz Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll olunmayacağına inanırıq»
11:22 Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransı bu gün işini yekunlaşdıracaq
11:14 Basketbol üzrə Azərbaycan çempionatı start götürür
11:03 Neftin qiyməti qalxıb
10:41 "Neftçi"dən kənarlaşdırılanlar bütün futbolçulardan üstün oldu
10:37 Qənimət və Sakit Zahidov qardaşları həbsxanadan çıxıb
10:33 Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
10:25 Bu gün TRASEKA layihəsinin 15 illik yubileyinə həsr edilmiş konfrans keçiriləcək
10:23 Elmar Məmmədyarovun bu gün Əli Babacan və Edvard Nalbandyanla görüşü gözlənilir
02:01 İranda gözəgörünməz təyyarə yaradılıb
01:07 Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə nəqli layihəsinin hazırlanmasına başlanılıb
01:05 Vergi ödəməyən müğənninin yumruğu
02.12.2008
23:00 Eldar İbrahimov: "Mən oliqarxların yox, dəniz sahilində ev tikən kasıbların mənafeyini güdürəm"
22:43 Hindistanda ölən terrorçuların müsəlmanlara aid məzarlıqda dəfn olunmasına icazə verilməyib
21:58 Belarusun səfiri Xaçmazda olub
21:32 Qənimət və Sakit Zahidovların anası ədliyyə naziri Fikrət Məmmədova müraciət edib
21:17 Terri Devis Ədliyyə Nazirliyində olub
21:07 Siyəzəndə «Akkord» şirkətindən oğurluq edən qohumlar saxlanılıb
20:15 İnsan alverində təqsirləndirilən qadına hökm oxunub
19:24 Qarsda Azərbaycan konsulluğunun yeni binası açılacaq
18:56 Bu ilin 10 ayında axtarışda olan 2369 nəfət tutulub
18:35 İlham Əliyev:«Dünən mənim ailəm üçün çox xoşbəxt gün idi»
18:32 Azərbaycanlı zəvvarlar böyük Həccə hazırlaşırlar
17:39 Yasamal rayon Polis İdarəsində müğənni V.Məhərrəmlinin ANS PRESS müxbirini döyməsi faktı ilə bağlı araşdırma başlanıb
17:25 Orxan Fikrətoğlunun “Vaxt” kitabı işıq üzü görüb
17:13 Sabah Heydər Əliyev adına Respublika Sarayında Valeri Leontyevin konserti olacaq
16:31 Deputatlar Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələnin parlamentdə müzakirə olunmasını tələb edirlər
16:28 Neftin qiyməti 47 dollara düşüb
16:26 Bakıda Avropa xalqlarının mədəniyyət muzeyləri yaradıla bilər
15:30 Goranboyda Xocalı qaçqınları üçün 4 qəsəbə salınır
15:27 DAK Belçika və İsveçdə kütləvi tədbirlər keçirəcək
15:25 Şamaxı rayon Polis Şöbəsinin müstəntiqi özü-özünü güllələyib
15:10 Prezident İlham Əliyev Terri Devisi qəbul edib
14:32 Xətai rayonu ərazisində naməlum kişi meyiti tapılıb
14:19 Qusar rayonunda 7 ton saman yanıb
14:04 «Palmali» daha bir gəmi aldı
13:47 Terri Devisə qızıl medal verilib
13:07 Allah evi söküləcək...
12:46 «Mədəniyyət nazirlərinin konfransının Bakıda keçirilməsi mühüm hadisədir»
12:45 Sabunçu və Suraxanı rayonlarında bıçaqlanma hadisələri baş verib
12:21 «Türkiyə indi Ermənistanla yeni münasibətlərin qurulmasında maraqlıdır»
 
©  2008 ANS-PRESS Rambler's Top100 Back to top ^^