|
Hərb / 11.10.2008 23:19 ABŞ-ın pilotsuz təyyarələri Pakistana zərbələr endirib
Hücumun hədəfi «Taliban» və «Əl-Qaidə» terror təşkilatlarının özlərinə dəstək tapdığı Şimali Vəziristan olub
ABŞ-a məxsus pilotsuz təyyarələr Pakistandakı mövqelərə zərbələr endirib. Məlumatı «Reuters» agentliyi hadisənin şahidlərinə istinadən yayıb. Zərbələr «Taliban» və «Əl-Qaidə» terror təşkilatlarının özlərinə dəstək tapdığı Şimali Vəziristana endirilib. Şahidlərin sözlərinə görə, partlayışların baş verdiyi yerlərdə alov görünüb və partlayış səsi bir neçə kilometrə yayılıb. Zərbələr əsasən Şimali Vəziristanın Miranşah şəhərinə endirilib.Nəticədə üç nəfərin öldüyü bildirilir. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|