|
Siyasət / 11.10.2008 21:19 Rəsmi Tehran, ABŞ qarşısında iki şərt qoyub
«Əgər ABŞ qoşunlarını Yaxın Şərqdən çıxarsa və sionist rejimini dəstəkləməyə son qoysa, çox güman ki, İran hökumətinə ABŞ-la danışıqlar aparmağı tövsiyyə etmək olar»
İran, ABŞ-la danışıqlar üçün Ağ Ev qarşısında iki şərt qoyub. Bunu İran prezidentinin müşaviri Mehdi Kalhor İRNA agentliinə bildirib: «Əgər ABŞ qoşunlarını Yaxın Şərqdən çıxarsa və sionist rejimini dəstəkləməyə son qoysa, çox güman ki, İran hökumətinə ABŞ-la danışıqlar aparmağı tövsiyyə etmək olar». İran prezidentinin təmsilçisi deyib ki, bu danışıqlara İrandan daha çox ABŞ-ın ehtiyacı var. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|