|
İç Xəbər / 11.10.2008 20:38 Gömrük orqanlarının müsadirə etdiyi mallar məhv edilib
Onların arasında Ermənistanda istehsal olunmuş və ekspert arayışına əsasən istifadə və yeyinti məhsulu kimi yararsız sayılanq 350 qutu qəhvə də olub
Gömrük orqanları ölkəyə qanunsuz gətirilmiş malları məhv edib. Dövlət Gömrük Komitəsinin hüquqpozmalar idarəsinin rəis müavini elşn ağamalıyevin sözlərinə görə, məhv edilənlər əsasən yararsız və istehlakçı sağlamlığı üçün zərərli sayılan mallardır: «İnsan orqanizmlərinə zəhərli olan 147 634 qutu xarici markalı siqaretlər, həb və ampula şəklində 70754 ədəd müxtəlif adda dərman preparatları,110 ədəd spirtli içki,109 kq. kolbasa məmulatları, 360 litr dizel yanacağı, 24 qutu pirotexniki vasitələr və 9,4 kq.-a yaxın kürü müvafiq qərar əsasında məhv edilir».DGK rəsmisinin sözlərinə görə, məhv edilən malların içərisində Ermənistanda istehsal olunmuş və ekspert arayışına əsasən istifadə və yeyinti məhsulu kimi yararsız sayılanq 350 qutu qəhvə də olub. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|