|
Hadisə / 11.10.2008 19:53 Çeçenistandakı zəlzələdə 12 nəfər ölüb (YENİLƏNİB)
Kurçaloyevsk, Şali və Qudermes rayonlarında, eləcə də Qroznı, Qudermes və Arqun şəhərlərində qismən dağıntılar qeydə alınıb
Çeçenistanda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Məlumatı Çeçenistanın Səhiyyə Nazirliyi yayıb. Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Tibbi yardım üçün 116 nəfər müraciət edib. Xilasetmə işlərinin əlaqələndirilməsi üçün Çeçenistana operativ qrup göndərilib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, zəlzələdən zərər çəkən bütün bölgələrdə operativ qərargahlar yaradılıb. Məlumatda o da deyilir ki, əhalinin həyat təüminatına təsir göstərə biləcək qlobal dağıntılar yoxdur. Xatırladaq ki, Moskva vaxtı ilə saat 13.07-dən 13.22-dək (Bakı vaxtı ilə 15.07-də 15.22-dək) Çeçenistanda iki təkan baş verib. Zəlzələnin episentri Veden rayonunun Vedeno kəndində olub. Kurçaloyevsk, Şali və Qudermes rayonlarında, eləcə də Qroznı, Qudermes və Arqun şəhərlərində qismən dağıntılar qeydə alınıb. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|