|
Siyasət / 11.10.2008 18:24 Müxalifətin mitinqə çevrilən forumu başa çatıb
Çıxışçılar prezident seçkilərinin nəticələrini tanımayacaqlarını deyiblər
Bu gün Müxalifətin Əməkdaşlıq Mərkəzinin mitinqə çevirilən forumu yarım saat çəkib.Müsavat Partiyasının qərargahınlda keçirilməsi planlaşdırılan forum təşkilatçıların təşəbbüsü ilə küçədə keçirilib. ANS PRESS-in məlumatına görə, Müsavat başqanı İsa Qəmbər konfrans iştirakçılarına bildirib ki, konfrans zalı çox kiçik olduğuna görə və insanlar çağırılmadığı halda gəldiklərindən, qərara alınıb ki, tədbir küçədə keçirilsin. Təşkilat Komitəsinin verdiyi məlumata görə, tədbirdə 1200 nəfər iştirak edib. Forumu ABŞ-ın, Böyük Britaniyanın ölkəmizdəki səfirliklərinin, ATƏT-in İnsan Haqqları Departamentinin nümayəndələri də izləyib. Çıxışçılar Azərbaycan prezident seçkilərinin nəticələrini tanımayacaqlarını bəyan ediblər və ayrı-ayrılıqda İlham Əliyevin beş illik fəaliyyətini tənqid ediblər. Sonda xalqa müraciət qəbul edilib. Gülnaz Qənbərli /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|