|
İdman / 11.10.2008 15:50 Azərbaycan-Finlandiya oyununu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək
Matç Bakı vaxtı ilə saat 19.00-da başlayacaq
Dünya Çempionu-2010-un seçmə mərhələsi çərçivəsində bu gün Helsinkidə keçiriləcək Azərbaycan-Finlandiya oyununun hakimləri məlum olub. AFFA-dan ANS PRESS-ə verilən məlumata görə, oyunu Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Uilyam Kollum, onun köməkçiləri Kit Sorbi, Corc Drummond, dördüncü hakim isə Robertson Braynsdır. Oyunun hakim-inspektoru Mişel Pirodur (Belçika). Qeyd edək ki, Azərbaycan-Finlandiya oyunu bu gün Bakı vaxtı ilə saat 19.00-da Helsinki şəhərinin “Olimpiya” stadionunda keçiriləcək. Xatırladaq ki, bu oyun Azərbaycanın Dünya Çemionatı-2010-un seçmə qrup oyunlarında 3-cü oyunudur. Milli komanda ilk oyunda səfərdə Uels yığma komandasına 1:0 məğlub olub, ikinci oyununda isə doğma meydanda Lixtneşteylə keçirilən qarşılaşma 0:0 hesabı ilə nəticələnib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|