|
İdman / 11.10.2008 21:57 Azərybaycan millisi Finlandiya yığmasına məğlub oldu
Rəqib komanda yeganə qolu hakimin təyin etdiyi müəmmalı penaltidən vurub
Futbol üzrə Azərbaycan millisi 2010-cu il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Finlandiya yığması ilə qarşılaşıb. Oyun Helsinkinin Olimpiya stadionunda keçirilib və qarşılaşmanı 23 min azarkeş izləyib. Oyunun birinci hissəsində hesab açılmayıb. Lakin 62-ci dəqiqədə Finlandiya yığmasının oyunçusu Sami Hyuyul yerə yıxılıb və şotlandiyalı hakim Uilyam Kollum qapımıza müəmmalı penalti təyin edib. Mikaell Forsell isə hakimin yaratdığı imkandan məharətlə yararlanıb. Qoldan sonra futbolçularımız bərabərlik qolunu vurmaq üçün çox çalışsa da, buna nail ola bilməyib. Beləliklə, Azərbaycan millisi qrupp mərhələsindəki sayca üçüncü oyununu məğlubiyyətlə başa vurub. Xatırladaq ki, bundan əvvəl Azərbaycan üığması Uelsə 0:1 hesabı ilə məğlub olub, Lixtenşteyn millisi ilə isə heç-heçə oynayıb. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|