|
Siyasət / 11.10.2008 22:37 Kreml, separatçıları danışıqlara cəlb etmək istəyir
Sergey Lavrov: «Qafqazda təhlükəsizliklə bağlı diskussiyalar Cənubi Osetiya və Abxaziyanın iştirakı olmadan nəticəsiz qalacaq»
Rusiya, Qafqazla bağlı o müzavkirələrdə iştirak edəcək ki, orada Cənubi Osetiya və Abxaziyada tam hüquqla təmsil olunsun. Bunu jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib: «Bizim mövqeyimiz yaxşı məlumdur: Qafqazda təhlükəsizliklə bağlı diskussiyalar Cənubi Osetiya və Abxaziyanın iştirakı olmadan nəticəsiz qalacaq. Rusiyaya gəldikdə isə, biz hər iki respublikanın başqaları ilə bərabər şəkildə təmisil olunduğu formatlarda iştirak edəcək». /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|