|
Hadisə / 11.10.2008 15:15 Binəqədi rayonunda 28 yaşlı qız intihar edib
Günel Əliyeva özünü binanın 7-ci mərtəbəsindən atıb
Bakının Binəqədi rayonu ərazisində intihar hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayonun 8-mikrorayon Cəfər Xəndan 42 ünvanında yaşayan 28 yaşlı Günel Əliyeva özünü 7-ci mərtəbən ataraq intihar edib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|