|
Siyasət / 11.10.2008 15:30 Prezident seçkisini izləmək niyyətində olan 27 xarici KİV-in 84 nümayəndəsi MSK-ya müraciət edib
MSK onları müvafiq lövhəciklərlə təmin edib
Oktyabrın 15-də keçiriləcək prezident seçkisini izləmək niyyətində olan 27 xarici kütləvi informasiya vasitəsinin 84 nümayəndəsi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət edib və MSK onları müvafiq lövhəciklərlə təmin edir. Müstəqil Mətbuat Mərkəzindən ANS PRESS-ə verilən məlumata görə, bunların arasında FRE\RL-in (Azadlıq radiosu), TRT, Milli Rumıniya, Rustavi-2, “CTB”, NTV, Mir televiziyaları, Anadolu, “Frans-Press”, İTAR-TASS, “Associated Press” informasiya agentlikləri, Rossiyskaya qazeta, “EL Pais” kimi nüfuzlu qəzetlərin jurnalistləri də var. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|