|
Siyasət / 11.10.2008 15:03 Oktyabrın 12-də AŞPA-nın nümayəndə heyəti Azərbaycana səfər edəcək
Andres Herkelin rəhbərliyi altında baş tutacaq səfərin məqsədi prezident seçkisini müşahidə etməkdir
Avropa Şurası Parlament Assambleyasının 26 nəfərdən ibarət nümayəndə heyəti Andres Herkelin rəhbərliyi altında oktyabrın 12-də Azərbaycana səfər edəcək. Səfərin məqsədi Azərbaycanda oktyabrın 15-də keçiriləcək prezident seçkilərini müşahidə etməkdir. Andreas Herkelin ANS-ə verdiyi məlumata görə, səfər zamanı AŞPA nümayəndələri prezidentliyə namizədlərlə, media nümayəndələri, həmçinin ictimaiyyət nümayəndələri ilə görüşəcəklər. Nümayəndə heyətinin tərkibinə Avropa Şurası Venesiya Komissiyasının mütəxəssisləri də daxildir. «Bizim öz prqramımız olacaq. Nümayəndə heyyətinə Avropa Şurası Venesiya komissiyasının mütəxəssisləri də daxildir. Biz seçkilərin gedişatını daha çox Bakıda izləyəcəyik. Amma nümayəndə heyəti istəsə rayonlarda da seçkinin gedişatını izləyə bilərlər». Səfərin nəticələri ilə bağlı oktyabrın 16-da mətbuat konfransı keçiriləcək. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|