|
İqtisadiyyat / 07.10.2008 23:16 ABŞ, Böyük Britaniya, Fransa və İtaliya arasında müzakirələr aparıb
Corc Buş, «böyük səkkizlik» ölkələrinin liderləri ilə maliyyə böhranını müzakirə edib
ABŞ prezidenti Corc Buş maliyyə bazarlarındakı qeyri-sabitlik məsələsini Böyük Brinatiyanın baş naziri Qordon Braun, Fransa prezidenti Nikolya Sarkozi və İtaliya hökumətinin başçısı Silvio Berluskoni ilə müzakirə edib. Məlumatı Ağ Evin mətbuat xidməti yayıb. «Prezident, dostlarımız və tərəfdaşlarımızla danışıqların gedişində ABŞ-ın bazarlardakı sabitlik üçün görmək istədiyi tədbirləri müzakirə edib. Corc Buş hazır olduğunu bəyan edib ki, bütün ölkələr problemin həlli üçün fəaliyyətləri əlaqələndirsinlər». Bunu Ağ Evin mətbuat katibi Dana Perino deyib. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|