|
İqtisadiyyat / 07.10.2008 21:54 Bu gün Bakıda Azərbaycanın ərzaq keyfiyyəti ilə bağlı layihənin təqdimatı keçirilib
Avropa Birliyi tərəfindən maliyyələşdirilən və ümumi dəyəri 1 milyon avro olan layihə iki il müddətində icra ediləcək
Bu gün Bakıda “Azərbaycanın ərzaq keyfiyyəti və təhlükəsizliyinin təminatı və Azərbaycan mənşəli balıq məhsullarının sertifikatlaşdırılmasına dəstək” layihəsinin təqdimatı keçirilib. İstehlak bazarına nəzarət üzrə dövlət xidmətinin rəis əvəzi Aslan Cəfərov bildirib ki, Avropa Birliyi tərəfindən maliyyələşdirilən və ümumi dəyəri 1 milyon avro olan layihə iki il müddətində icra ediləcək. Layihə balıq və digər dəniz məhsullarının beynəlxalq bazarlara ixracının tənzimlənməsi peşəkar mütəxəssislərin hazırlanması, laboratoriyaların beynəlxalq standartların tələblərinə uyğun qurulmasını nəzərdə tutur. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|