|
Hadisə / 07.10.2008 20:50 ABŞ hərbi təyyarəsi İranın hava sərhəddini pozub
İran hərbi hava qüvvələrinə məxsus iki təyyarə ABŞ təyyarəsini təqib edərək onu ölkə ərazisindəki aerodromların birinə enməyə məcbur edib
İranın hava məkanını pozan ABŞ hərbi təyyarəsi bu ölkənin ərazisinə enməyə məcbur edilib. İrna agentliyinin yaydığı məlumata görə, “Falkon” tipli ABŞ hərbi təyyarəsi İranın hava sərhədlərini pozub. İran hərbi hava qüvvələrinə məxsus iki təyyarə ABŞ təyyarəsini təqib edərək onu ölkə ərazisindəki aerodromların birinə enməyə məcbur edib. “BBc News” təyyarənin Türkiyə ərazisindən havaya qalxdığını və alçaqdan uçduğunu xəbər verib. Təyyarədə 5 amerikalı zabit və 3 mülki şəxs olub. Bu şəxslər iranlılar tərəfindən dindiriliblər və hadisədən bir gün sonra buraxılıblar. Müəyyən olunub ki, Əfqanıstana uçan təyyarə İranın hava məkanını təsadüfən pozub. ABŞ təyyarəsinin Əfqanıstana uçmasına icazə verilib. /ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|