|
Elm / 07.10.2008 19:05 "Ölkəmizdə təhsil sahəsində aparılan islahatlar Avropaya inteqrasiya xəttidir"
«Gənclər Klubu» İctimai Birliyi bu gün «Avropa Birliyi və təhsil siyasəti» mövzusunda seminar keçirib
«Gənclər Klubu» İctimai Birliyi bu gün «Avropa Birliyi və təhsil siyasəti» mövzusunda seminar keçirib. «GK» İB-nin sədri Zaur Əkbər seminar iştirakçılarına mövzu ətrafında məlumat verib. O bildirib ki, hazırda ölkəmizdə təhsil sahəsində aparılan islahatlar Avropaya inteqrasiya xəttidir: «Təhsil sahəsində aparılan məqsədyönlü islahatların nəticəsidir ki, ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayı artıb. Lakin buna baxmayaraq, bu sahədə nöqsanlarımız da var. Azərbaycan təhsil müəssisələrinin hazırladıqları mütəxəsislərin sahib olduqğları diplomlar dünyanın əksər ölkəsində qəbul edilmir. Məsələn, Avropa ölkələrində işləmək istəyən vətəndaşlar mütləq aldıqları diplomları təsdiqləmək üçün yenidən fərq imtahanları verməlidirlər». Daha sonra pedaqoji elmlər namizədi Məlahət Mürşüdlü seminarın mövzusu əsasında gənclərə mühazirə oxuyub. M. Mürşüdlü Avropa təhsil sissteminin və təhsil siyasətinin əsaslarından danışıb. Onun sözlərinə görə, Avropa təhsil siyasətində başlıca amillər dünyəvilik, aktuallıq və səmərəlilikdir: «Avropa təhsil siyasətinin önəmi ondan ibarətdir ki, təhsil alan tələbələrə təkcə aldığı ixtisas üzrə deyil, müasir şəraitdə hər addım başı qarşılaşdığımız problemlərin kökü və aradan qaldırılması, cender bərbərliyi, demokratiya və onu əngəlləyən səbəblər açıqlanaraq tədris edilir». M.Mürşüdlü təhsil sahəsində ediləcək dəyişikliklərdən də danışıb. O bildirib ki, təhsil ocaqlarında qiymətləndirmə sisteminin ləğv edilməsi Avropa təhsil siyasəti sahəsində atılan ən uğurlu addımlardan biridir. «Ölkəmizdə bu sistemin tətbiqi şagird və tələbələrə seçəcəyi ixtisasla bağlı sərbəst seçim imkanı verəcək»-,deyə o, bildirib. Tədbirdə Azərbaycan ali məktəblərində təhsil alan gənclər iştirak ediblər. Onlar təhsil aldıqları ali məktəblərin tədris metodlarının üstünlüklərindən və nöqsanlarından danışıblar. Gülnaz Qənbərli \ANSPRESS\
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|