|
İdman / 07.10.2008 19:22 «Qalatasaray», «Benfika» və «Herta» komandaları ilə səfərdə qarşılaşacaq
Türkiyənin «Qalatasaray» klubunun UEFA Kubokunun qrup mərhələsindəki oyunlarının proqramı məlum olub
Azərbaycanda da çoxsaylı azarkeşi olan Türkiyənin «Qalatasaray» klubunun UEFA Kubokunun qrup mərhələsindəki oyunlarının proqramı məlum olub. Türk klubu «Olimpiakos» (Yunanıstan) və «Metallist» (Ukrayna) komandaları ilə İstanbulda, «Benfika» (Portuqaliya) və «Herta» (Almaniya) komandaları ilə səfərdə qarşılaşacaq. 23 oktyabr 2008 «Qalatasaray»-«Olimpiakos» 6 noyabr 2008 «Benfika»-«Qalatasaray» 27 noyabr 2008 «Qalatasaray»-«Metallist» 3 dekabr 2008 «Herta»-«Qalatasaray» Qeyd edək ki, «Qalatasaray», UEFA Kubokunun B qrupunda mübarizə aparacaq. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|