|
İdman / 07.10.2008 18:36 ANS PRESS forumunun qonağı "Neftçi" komandasının baş məşqçisi Hans Yürgen Gededir
Baş məşqçiyə olan suallarınızı bu həfə ərzində ünvanlaya bilərsiniz
ANS PRESS forumunun budəfəki qonağı “Neftçi” futbol komandasının almaniyalı baş məşqçisi Hans Yürgen Gededir. Hörmətli forumçular, Baş məşqçiyə olan suallarınızı bu həftə ərzində ünvanlaya bilərsiniz. Oktyabrın 11-də Hans Yürgen Gede sizin bütün suallarını cavablandıracaq. Forumda qeydiyyatdan keçin və suallarınızı verin!
Hans Yürgen Gede: 1956-cı il noyabrın 14-də Almaniyanın Gelzenkirxen şəhərində anadan olub. Almaniyanın “Şalke” (1975-1977, 33 oyun, 2 qol), “Preuzen” (1977-1979, 71 oyun, 10 qol) və "Fortuna" (1979-1991, 343 oyun, 48 qol) klublarında oynayıb.“Fortuna” (Almaniya, 1991-1992), “Persepolis” (İran, 1994), "Hessen Kassel" (1996-1997), "Lippştadt" (1999-2001), "Rot-Veys Oberhauzen" (məşqçi, Almaniya, 2001-2003), "Şahid Qandi" (2005-2006), "Əl-Əhli" (Səudiyyə-Ərəbistanı) klublarında, həmçinin İran (U-23, 1998) və Özbəkistan (2005) milli komandalarında baş məşqçi vəzifəsini yerinə yetirib. 2008-ci ilin sentyabrından “Neftçi” komandasının baş məşqçisidir. Qeyd edək ki, “Neftçi” komandası Hans Yürgen Gedenin başçılığı altında Azərbaycan premyer-liqasında keçirdiyi 3 matçda 2 heç-heçə (Neftçi-Simurq 0-0, Turan-Neftçi 0-0, MOİK-Neftçi 0-5), 1 qələbə əldə edib.
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|