|
İqtisadiyyat / 07.10.2008 16:47 "Bankların kreditləri dayandırması sahibkarlara güzəştli kreditlərin verilməsinə təsir etməyib"
Əksinə gələn il büdcədən Sahibkarlığa Kömək Milli Fondu üçün vəsait 2 dəfə artırılaraq 160 milyon manata çatdırılacaq
"Bankların kredit verməyi dayandırması sahibkarlara güzəştli kreditlərin verilməsinə təsir etməyib". Əksinə gələn il büdcədən Sahibkarlığa Kömək Milli Fondu üçün vəsait 2 dəfə artırılaraq 160 milyon manata çatdırılacaq. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Xaliq Məmmədovun sözlərinə görə, bu barədə təkliflər hökumətə təqdim olunub. İndiyədək fonddan iş adamlarına 68 milyon manat güzəştli kredit verilib. Kreditlərin çoxu kənd təsərrüfatı və ixracyönümlü layihələrə ayrılıb. Xaliq Məmmədovun sözlərinə görə, kreditlərin və faizlərin qaytarılması 100 faiz təşkil edir və borcun qaytarılmasında heç bir problem yoxdur. Amma bəzən kredit almaq istəyən sahibkarlar problemlərlə üzləşirlər./ANS TV/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|