|
Siyasət / 07.10.2008 16:01 Kiyevdə Avropa Şurası ölkələrinin gəclər nazirlərinin konfransı keçiriləcək
“Avropa Şurasının gənclər siyasətinin gələcəyi” egidası ilə təşkil olunacaq tədbirdə Azərbaycanı Gənclər və İdman naziri Azad Rəhimov təmsil edəcək
8-12 oktyabr tarixlərində Ukraynanın paytaxtı Kiyevdə gənclərə məsul nazirlərin konfransı keçiriləcək. “Avropa Şurasının gənclər siyasətinin gələcəyi” başlığı altında keçiriləcək tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimov təmsil edəcək. Konfransda gənc qadınlar və kişilərə eyni imkanların verilməsi, gənclərin mədəni inkişafına dəstək, eyni zamanda dini aspektdən mədəniyyətlərarası dialoqa dəstək, gənclərin sosial hüquqlarının müdafiəsi, həmrəyliklə bağlı dialoqa dəstək və s. müzakirə mövzuları olacaq.Tədbirin sonunda Avropa Şurasının növbəti 3 il üçün prioritetlərini müəyyən edən qətnamə qəbul olunacaq. Hər 3 ildən bir keçirilən bu konfrans sonuncu dəfə 2005-ci ildə Macarıstanda olub. /ANS PRESS/
© 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
|